"Qarabağ"ın oyunu bu göstəricidə yenə 1-ci oldu

"Qarabağ"ın oyunu bu göstəricidə yenə 1-ci oldu
ÖLKƏ FUTBOLU 21 İyul 2022 / 09:19 8151
-  A +

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

Qol.az xəbər verir ki,  12 matçda ümumilikdə 142 000-ə yaxın tamaşaçı iştirak edib.

Bakıda keçirilən  "Qarabağ" -"Sürix" (İsveçrə) görüşü bu göstəricidə 1-ci olub. Qarşılaşmanı 30 782 azarkeş izləyib.

"Makkabi" (Hayfa, İsrail) - "Olimpiakos" (Yunanıstan) oyunu 2-ci (29 min 654)  "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) matçı isə 3-cü (20 min 459) olub.

Qeyd edək ki, "Qarabağ" "Sürix"lə ev oyununda 3:2 hesabı ilə qalib gəlib. Bu komandalar arasında cavab qarşılaşması iyulun 27-i keçiriləcək.

Xatırladaq ki, "Qarabağ"ın ÇL-in 1-ci təsnifat mərhələsində Polşa "Lex"i ilə keçirdiyi hər iki oyun da ən çox tamaşaçı toplayan görüş olmuşdu.

Daha çox


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner