"Zirə" "Makkabi"yə uduzdu - Yenilənib

"Zirə" "Makkabi"yə uduzdu - Yenilənib
ÖLKƏ FUTBOLU 21 İyul 2022 / 21:53 15072
-  A +

"Zirə" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Makkabi" (Tel-Əviv, İsrail) ilə ilk matçına çıxıb.

Qol.az xəbər verir ki, "Dalğa Arena"da oynanılan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu matç "Zirə"nın çalışdırıcısı Rəşad Sadıqovun klub baş məşqçisi kimi avrokuboklarda debüt oyunu olub.

Komandalar arasında cavab matçı bir həftə sonra Təl-Əvivdə olacaq.

Qeyd edək ki, bu cütün qalibi 3-cü  təsnifat mərhələsində “Qomel” (Belarus) - “Aris” (Yunanıstan) cütünün güclüsü ilə qarşılaşacaq. 

 

Konfrans Liqası, 2-ci təsnifat mərhələsi

İlk oyun

20:00. "Zirə" (Azərbaycan) - "Makkabi" (Tel-Əviv, İsrail) - 0:3 

Qol: Qavriel Kaniçovski, 18, Gorge Yovanoviç, 22, 54

Hakimlər: Rob Hennessi, Emmett Dynan, Dermot Broughto, Oliver Moran (İrlandiya)

"Dalğa Arena"

Daha çox


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner