Elmar Baxşıyev: "Bütün Azərbaycanı sevindirməyə çalışacağıq"

Elmar Baxşıyev: "Bütün Azərbaycanı sevindirməyə çalışacağıq"
ÖLKƏ FUTBOLU 20 İyul 2022 / 23:04 2721
-  A +

“Fehervar”la oyun öncəsi komandada ab-hava yüksək səviyyədədir. Ən önəmlisi odur ki, heyətimizdə zədəli futbolçu yoxdur".

Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasının 2-ci təsnifat mərhələsində sabah "Fehervar"la (Macarıstan) səfərdə keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında deyib. O, komandasının oyuna tam hazır olduğunu bildirib:

"Sabah meydanda əlimizdən gələni edəcəyik. “Qəbələ” həm öz azarkeşlərini, həm də bütün Azərbaycan xalqını sevindirməyə çalışacaq. Qarşılaşmaya hazırlığı yekunlaşdırmaq üzrəyik. Hamının tam oyuna köklənməsi sevindiricidir. Avrokubok görüşləri fərqli olur. Futbolçular planlaşdırdığımız səviyyədə hazırdır və bütün komanda səbirsizliklə matçı gözləyir. Ümid edirəm ki, sabah bunun davamını meydanda gətirəcəyik”.

Qeyd edək ki, sabah "Mol Arena"da oynanılacaq "Fehervar" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komandalar arasında cavab görüşü 1 həftə sonra Qəbələdə olacaq.

Daha çox


Son xəbərlər
01.03.26  17:06

Bəhluldan yeni xəbər

01.03.26  16:57

ETOPAZ 14 yaşında

01.03.26  13:22

Yamaldan tarixi rekord

topaz banner