"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aris"lə (Kipr) səfərdə keçirəcəkləri ilk matç haqqında fikirlərini bölüşüb.
Qol.az xəbər verir ki, rumıniyalı mütəxəssis görüşdən əvvəl təşkil olunan mətbuat konfransında komandasının sabah yaxşı oyun nümayiş etdirəcəyinə inandığını deyib:
"Sabah bizim üçün çox vacib gündür. İlk rəsmi matçımıza çıxacağıq. Ağır hazırlıq dönəmi keçmişik. Ümid edirəm ki, sabah komandamız yaxşı oyun göstərəcək və növbəti mərhələyə doğru böyük addım atmış olacağıq. Toplanışda çox şeyi sınaqdan keçirmişik. Ən yaxşı "11-liy"i seçməyə çalışırıq. Elə oynamalıyıq ki, rəqiblər bizimlə qarşılaşanda çətinlik çəksin. Komanda şəklində müdafiə olunmağı öyrənməliyik".
O, keçmişdə baş verənlərin önəmli olmadığını bildirib. "Əsas bundan sonrakı hadisələrdir. "Aris" çox yaxşı heyətə malikdir. Keyfiyyətli legionerləri və səviyyəli məşqçiləri var. Aqressiv futbol oynayırlar. Uzun müddətdir birlikdə çıxış edirlər. Onlar üçün hər hansı problemi aradan qaldırmaq daha asandır. Bizi çətin oyun gözləyir. Sabah rəqibin yüksək pressinq etdiyini görəcəksiniz. Fiziki cəhətdən hazırlıqlıdırlar. Bu amildən ehtiyatlanmalıyıq. Evdə oynadıqlarından azarkeş amili də onların tərəfində olacaq. Bununla belə, komandama güvənirəm".
Regekampf müsbət nəticənin komandası üçün xeyirli olacağını vurğulayıb: "Çünki evdə cavab matçımız var. Rəqibə hörmətlə yanaşırıq. Buraya sərfəli nəticə üçün gəldiyimizi gizlətmirik. Futbolçulara mesajım açıq-aydındır. Hər gün oyunçularla çalışırıq. Bu müddət ərzində onlara futbol bilgilərimizi aşılamışıq. Bilirsiniz ki, vaxtımız az idi. Bəzi futbolçular düşərgəyə gec qoşuldu. Oyunçulardan istədiyimi tələb etmək üçün bir az daha vaxta ehtiyacımız var".
Mütəxəssis beynəlxalq oyunlarda təcrübəsinin olduğunu bildirib: "Bildiklərimi futbolçularıma çatdırmağa çalışıram. Amma meydançada oynayan onlardır. Məsuliyyəti futbolçular öz üzərilərinə götürməlidirlər. Təcrübəli futbolçularımız var. Sabah bu təcrübəyə ehtiyacımız olacaq. Oyunun hər bir epizodu üçün yaxşı taktika seçməliyik. Müəyyən planımız var. Amma matçın gedişində dinamika hər şeyi dəyişə bilər. Sabah yaxşı oyun göstərmək istəyirik. Komanda şəklində çıxış etməliyik".
Qeyd edək ki, sabah "AEK Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda olacaq.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə