“Qəbələ” bu həftə 2022-2023-cü illər mövsümünə start verəcək.
Qol.az xəbər verir ki, “qırmızı-qaralar” yeni mövsümə avrokubok matçı ilə başlayacaq. Komanda UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsində “Fehervar”la görüşəcək. İlk qarşılaşma Macarıstanda olacaq.
Tarixində 7-ci dəfə avrokuboklarda oynayacaq “Qəbələ” UEFA Konfrans Liqasında debüt edəcək. Bunadək komanda 6 dəfə UEFA Avropa Liqasında qüvvəsini sınayıb. 2015/16 və 2016/17 mövsümlərində turnirin qrup mərhələsinədək irəliləyən “qırmızı-qaralar” iki dəfə (2017/18, 2019/20) II, iki dəfə (2014/15, 2018/19) I təsnifat mərhələsində mübarizəni dayandırıb.
Avrokuboklardakı 6 mövsümdə 38 matça çıxan “Qəbələ” 10 qələbə qazanıb. 7 heç-heçəsi olan komanda 21 dəfə uduzub. Rəqib qapılarından 36 top keçirən "Qəbələ" futbolçuları 55 qol buraxıb.
Qəbələdəki cavab oyunu 40-cı avrokubok sınağı olacaqsa, Macarıstandakı matç 20-ci səfər görüşüdür. Rəqib meydanındakı 19 dueldə 3 qələbə və 4 heç-heçəsi olan “Qəbələ” 12 dəfə uduzub. 13 qol vuran komanda 30 top buraxıb.
“Qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev bu vəzifədə avrokuboklarda debüt edəcək. O, komandanı qitə səhnəsinə çıxaracaq 4-cü mütəxəssis olacaq. Roman Qriqorçuk 32, Sənan Qurbanov 4, Dorinel Muntyanu 2 belə görüşdə “sükan arxası”nda olub.
Futbolçular arasında rekordçu Dmitri Bezotosnıdır. Onun hesabında 32 oyun var. Voislav Stankoviç 29, Sergey Zenyovla Rikardinyo hərəyə 27, Vitali Vernidub 26 dəfə avrokubok görüşündə şans qazanıb.
Altı futbolçu avrokuboklarda 3 və ya daha çox qola imza atıb. Ən yaxşı bombardir Sergey Zenyovun aktivində 6 qol var. Teo Uiks 5, Dodo 4, Filip Ozobiç, Baqali Dabo və Cavid Hüseynov hərəyə 3 dəfə fərqlənib.(gabalafc.az)
Xatırladaq ki, “Fehervar” – “Qəbələ” oyunu iyulun 21-də, cavab görüşü 28-də keçiriləcək.
Maykl Kinlə yubiley müqaviləsi imzalandı
Quliyev və Səfərovun dublları, "Səbail"in qələbəsi - Video
Vinisius Mbappedən az maaş alacaq
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazandı
Azarkeşlərin davranışı kluba baha başa gəldi
Avropanın ən baxımlı komandası oldular
"Mançester Yunayted"ə keçə bilər
"Nyukasl" Qordon üçün 80 milyon tələb edir
"Fənərbaxça"dan derbidən öncə gözlənilməz qərar
Rəhim Həsənov hakimin qərarlarını təsdiqlədi - Video
Rəqib qapısına zərbə vurmadan finala yüksəldilər
1-ci liqada 23-cü tura yekun vuruldu
20-cini vurdu, 30-cu oldu
“Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
PSJ növbəti oyuna itki ilə çıxacaq
Azərbaycan millisi Belarusla qarşılaşacaq
"Barselona" təsdiqlədi: Bu mövsüm oynaya bilməyəcək
UEFA Arda Turanı cərimələdi
"Real" Ardanın zədələndiyini açıqladı
İstanbul derbisinin hakimləri bilindi
"Sabah" Rəvan Həmzəzadəni özü ilə aparacaq?!
Artetanın oğlu "Arsenal"da debüt etdi
Yamal zədələndi
Onlar da İngiltərə Premyer Liqasını tərk edəcəklər
Qurban Qurbanov nəyə və kimlərə gülürdü?
"Çelsi"də baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşdi
Azərbaycan boksçusu dünya kubokunda daha bir qələbə qazandı
"Hamı gördü, təmiz penalti idi" - Fabian Buntiç
Nəriman qələbəni kənardan izlədi
DÇ-2026-da İranı İtaliya ilə əvəzləməyi təklif etdi
Benzia "Sabah" - "Qarabağ" oyunu haqda - "Hakim biabırçıdır"
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Qalatasaray" kubokla vidalaşdı - Video
Azərbaycanın güləş millisi Avropa çempionu oldu
"Sabah" - "Qarabağ" matçından - Video
"Həyatımda asan final görməmişəm" - Valdas Dambrauskas
Məşqdə zədələndi, dünya çempionatını buraxacaq