“Biz “Qarabağ”ın oyunu ilə qürur duyuruq. Bu fikri təkrarlamaqdan yorulmuram”.
Bu sözləri Qol.az-a açıqlamasında AFFA-nın vitse-prezidenti, qurumun Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib. “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə Bakıdakı oyununu (3:2) dəyərləndirən millimizin sabiq baş məşqçisi Ağdam klubunun səfərdə də yaxşı nəticə qazanacağına inandığını bildirib:
“Başa düşməliyik ki, Avropa səviyyəli, bütün standartlara cavab verən bir “Qarabağ” komandamız var. “Qarabağ” öz futbol mədəniyyəti, komanda ruhu ilə seçilir və Azərbaycanı Avropada layiqincə təmsil edir. “Sürix”lə oyun bir daha sübut etdi ki, biz rəqibdən asılı olmayaraq heç kimdən çəkinməməliyik. Dünənki nəticə bəlkə də, “Qarabağ”ın mərhələ adlaması baxımından kimlərdəsə şübhə yaratdı. Düzdür, çətin olacaq, amma inanın ki, iki oyunun nəticəsinə görə “Qarabağ” mərhələni adlayacaq. “Qarabağ”ın öz oyun üslubu var. Komanda rəqibdən, yaxud da oyunun yerindən asılı olmayaraq öz oyununu göstərir. Bu oyun üslubu ilə yola davam etmək olar. Ümid edirəm ki, “Qarabağ” İsveçrədə də öz məzmunlu oyunu ilə müsbət nəticə əldə edəcək”.
V.Sadıqov “Qarabağ”ın qrup mərhələsinə qədər irəliləyəcəyinə ümid etdiyini qeyd edib: “Məncə, “Qarabağ” Avropanın TOP-5 ölkələrinin komandaları ilə mübarizə aparmağa hazırdır. Yəni bütün keyfiyyətləri ilə çox güclü təsir bağışlayan bir komandamız var. Çempionlar Liqasının startında komandanın baş məşqçisi Qurban Qurbanov bildirmişdi ki, məqsədimiz qrup mərhələsinə düşməkdir. Mən elə başa düşürəm ki, bu yolda “Qarabağ”ı dayandıra bilən olmayacaq. “Qarabağ”a uğurlar”.
Ramiq Ağaməmmədov
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”