Çempionlar Liqasının ən çox qol vuranları – “Qarabağ”, Kadi...

Çempionlar Liqasının ən çox qol vuranları – “Qarabağ”, Kadi...
ÖLKƏ FUTBOLU 20 İyul 2022 / 12:50 10306
-  A +

“Qarabağ” Çempionlar Liqasının təsnifat mərhələsində ən çox qol vuran komandalar sırasındadır.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 3 oyuna 8 qol vurmaqla bu reytinqdə ikinci yeri tutur. İlk pillədə isə 4 oyundan 12 qolla İslandiya çempionu “Vikinqur Reykyavik” qərarlaşıb. “Mölde” (İsveç) 3 oyuna 6 qolla 3-cü pillədədir.

Qeyd edək ki, “Qarabağ”ın vingeri Kadi Borges isə 3 oyundan 3 qolla təsnifat mərhələsinin bombardirləri siyahısında 2-ci yeri tutur. Bundan başqa, Kadi 1 qolun ötürməsini də edib. Norveç “Bode Qlimt”indən Viktor Bonifas birincidir (3 oyun, 4 qol).

Ağdam klubunun müdafiəçisi Kevin Medina isə təsnifat mərhələsində 2 qol ötürməsi edib. Bu göstəriciyə görə, o, 3-cü yerdədir.

Daha çox


Son xəbərlər
01.03.26  17:06

Bəhluldan yeni xəbər

01.03.26  16:57

ETOPAZ 14 yaşında

01.03.26  13:22

Yamaldan tarixi rekord

topaz banner