"Qarabağ" Azərbaycanın xalını artırdı - UEFA reytinqi

"Qarabağ" Azərbaycanın xalını artırdı - UEFA reytinqi
ÖLKƏ FUTBOLU 20 İyul 2022 / 09:56 9461
-  A +

Avrokuboklarda 2-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra ölkələrin növbəti UEFA reytinqi açıqlanıb.

Qol.az xəbər verir ki, əsasən reytinq siyahısının aşağı pillələrində dəyişikliklər olub.

“Qarabağ”ın Bakıda İsveçrə “Sürix”inə qalib gəlməsi (3:2) Azərbaycanın aktivinə daha 0,250 xal yazdırıb. Ölkəmiz bu mövsüm üzrə xal sayını 0,500-ə, son 5 mövsümdə isə 13,125-ə çatdırıb. Ancaq mövqeyimiz yenə dəyişməz qalıb. Azərbaycan əvvəlki kimi 29-cu pillədədir.

Qeyd edək ki, siyahıya 88,855 xalla İngiltərə başçılıq edir.

Daha çox


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner