“Maraqlı oyun oldu, bol qollu, azarkeşlər üçün yaxşı mübarizə alındı. Futbola aid hər şeyi meydanda gördük".
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci tənifat mərhələsində “Sürix”lə keçirilən ilk oyundan sonra mətbuat konfransında deyib.
O, Bakıda İsveçrə təmsilçisi üzərində qazanılan 3:2 hesablı qələbəni şərh edib: "Futbolçularım çox əziyyət çəkdilər, çox istəkli idilər. Yaxşı komandaya qarşı çıxış etdik. İstənilən halda çəkinmədik, daim rəqibin üzərinə getməyə çalışdıq.
- Şahruddin Məhəmmədəliyev möhtəşəm çıxış etsə də, sonda “minası partladı”. Digər tərəfdən düşünmürsünüz ki, Toral Bayramov üçün avrokuboklar tezdir?
- Daha nə qaldı? (gülür). Biri “partladı”, birinə tezdir. Futbolçuların işi çətindir. Hər bir insan özünü düzgün idarə etmək üçün böyük olmalıdır. Ümumilikdə Şahruddinin epizoduna səhv deməzdim. Bəlkə təcrübəsinə görə belə alındı. Toralı isə ötən il də avrokubok oyunlarına buraxmışıq. Penalti epizodunda qarışıqlıq oldu. Bu, xırda texniki səhvlərdir. Bunu aradan qaldırmaq asandır.
- 10 dəfə künc zərbəsindən yararlandınız. “Lex”lə görüşdə də buna bənzər statistika yarandı. Standart vəziyyətlərdən qolun vurulmaması sizi narahat etmir?
- Deməzdim. Çox nadir komandalar var ki, ilboyu oyunu onun üzərində qururlar. Bəlkə, yaxşılaşdıra bilərik. Vacib bir oyunda standart vəziyyətdən qol vurarıq. Bu gün rəqib də standart vəziyyətdə yaxşı idi.
- “Sürix” ikinci hissədə cinahlara üstünlük verdi və qapınızda 2 qol gördünüz. Bu, cavab görüşü üçün sizi narahat etmir?
- Orada necə oynayacaqlarını bilmək olmaz. Əvvəlki oyunda 3 hücumçu ilə çıxmışdılarsa, bu dəfə əsasən 2 nəfərlə hücum edirdilər. Futbol belə elementlər üzərində qurulub. Oyunun anında hansısa epizodda diqqətsiz olsan, rəqib cəzalandıra bilər. Önəmlisi odur ki, rəqibi detallı təhlil elədik.
- Rəqibin baş məşqçisi hələ də şansları yarı-yarıya qiymətləndirdi. Siz necə düşünürsünüz?
- Mən də “Lex”lə ilk oyundan sonra şansları yarı-yarıya saymışdım. Məncə, normaldır. Bir az özünəinam ola bilər. Bu da hər birimizdə var. Ora hesabı qorumaq üçün yox, oyunumuzu daha da yaxşılaşdırmaq, qələbə qazanmaq üçün gedəcəyik.
- İlk 15 dəqiqəni tamamilə hücumda keçirməyiniz rəqibi yormaq məqsədi ilə edilmişdi?
- Ümumən ilk hissə boyu rəqibin meydanında olduq.
- Həm “Lex”lə oyunlarda, həm də bu gün “Qarabağ”ın hücumameyilli çıxışını gördük. Bu, yeni fəlsəfədir?
- Əvvəllər ola bilər ki, bir qədər az alınıb, indi daha çoxdur. Komandanı belə hazırlamaq istəyirik. Müdafiə düşüncəsini futbolçulardan uzaqlaşdırmaq istəyirik. Bizim daha çox düşüncəmiz hücumda ola-ola müdafiə olunmaqdır. Ola bilər təcrübə, özünəinam artdıqca futbolçular bunu daha inamlı, ürəkli edirlər.
- Rəqibin ilk qolunda oyundankənar vəziyyət olduğunu düşünmürsünüz?
- Bəli, ofsayda oxşadı. Oxşadı deyəndə ki, oyundankənar vəziyyət var idi (gülür)".
- Vadjinin bugünkü oyunu ona əlavə motivasiya verəcəkmi?
- Vadjinin bəzən texniki səhvləri ola bilər, amma faydalı iş əmsalı çoxdur. Mənim narahat olduğum futbolçunun qol vurandan sonra xülyalarda olmasıdır. Bu performansın Vadji üçün faydalı olmasına çalışacağıq və qarşıdakı matçlarda daha çox qol vurmasını tələb edəcəyik.
- Rəqibin baş məşqçisi bildirdi ki, ədalətli hesab heç-heçə olardı. Həmçinin ikinci hissədə “Sürix”dəki dəyişikliklərin oyunun axarına da təsiri oldumu?
- Bizim qol imkanlarımız daha çox oldu. 3:2 biz qalib gəlmişiksə, deməli, üstünlük bizim tərəfimizdə idi. Qolları fərdi səhvlərdən buraxdıq. Sadəcə, ikinci hissədə bizə qarşı təzyiq çox oldu, rəqib irəli çıxdı. Hiss olundu ki, qalib gəlmək üçün irəli çıxmaq lazımdır
Maykl Kinlə yubiley müqaviləsi imzalandı
Quliyev və Səfərovun dublları, "Səbail"in qələbəsi - Video
Vinisius Mbappedən az maaş alacaq
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazandı
Azarkeşlərin davranışı kluba baha başa gəldi
Avropanın ən baxımlı komandası oldular
"Mançester Yunayted"ə keçə bilər
"Nyukasl" Qordon üçün 80 milyon tələb edir
"Fənərbaxça"dan derbidən öncə gözlənilməz qərar
Rəhim Həsənov hakimin qərarlarını təsdiqlədi - Video
Rəqib qapısına zərbə vurmadan finala yüksəldilər
1-ci liqada 23-cü tura yekun vuruldu
20-cini vurdu, 30-cu oldu
“Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
PSJ növbəti oyuna itki ilə çıxacaq
Azərbaycan millisi Belarusla qarşılaşacaq
"Barselona" təsdiqlədi: Bu mövsüm oynaya bilməyəcək
UEFA Arda Turanı cərimələdi
"Real" Ardanın zədələndiyini açıqladı
İstanbul derbisinin hakimləri bilindi
"Sabah" Rəvan Həmzəzadəni özü ilə aparacaq?!
Artetanın oğlu "Arsenal"da debüt etdi
Yamal zədələndi
Onlar da İngiltərə Premyer Liqasını tərk edəcəklər
Qurban Qurbanov nəyə və kimlərə gülürdü?
"Çelsi"də baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşdi
Azərbaycan boksçusu dünya kubokunda daha bir qələbə qazandı
"Hamı gördü, təmiz penalti idi" - Fabian Buntiç
Nəriman qələbəni kənardan izlədi
DÇ-2026-da İranı İtaliya ilə əvəzləməyi təklif etdi
Benzia "Sabah" - "Qarabağ" oyunu haqda - "Hakim biabırçıdır"
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Qalatasaray" kubokla vidalaşdı - Video
Azərbaycanın güləş millisi Avropa çempionu oldu
"Sabah" - "Qarabağ" matçından - Video
"Həyatımda asan final görməmişəm" - Valdas Dambrauskas
Məşqdə zədələndi, dünya çempionatını buraxacaq
Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi