"Neftçi" sabah Kiprə gedir

"Neftçi" sabah Kiprə gedir
ÖLKƏ FUTBOLU 19 İyul 2022 / 21:28 2117
-  A +

“Neftçi” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aris”lə (Limassol) keçiriləcək oyun üçn sabah səhər Kiprə yola düşəcək.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar”ın oyunöncəsi son məşqi Bakı vaxtı ilə saat 21:30-da Limassol şəhərindəki “AEK Arena” stadionunda keçiriləcək və media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) olacaq.

Məşqdən əvvəl – saat 21:00-da isə baş məşqçi Laurentsiu Regekampf və serbiyalı futbolçu Voislav Stankoviçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Qeyd edək ki, “Aris” – “Neftçi” matçı iyulun 21-i Bakı vaxtı ilə saat 21:30-da “AEK Arena”da keçiriləcək.

Daha çox


Son xəbərlər
01.03.26  17:06

Bəhluldan yeni xəbər

01.03.26  16:57

ETOPAZ 14 yaşında

01.03.26  13:22

Yamaldan tarixi rekord

topaz banner