"Sumqayıt" Türkiyə klubu ilə oynayacaq

"Sumqayıt" Türkiyə klubu ilə oynayacaq
ÖLKƏ FUTBOLU 19 İyul 2022 / 18:37 1264
-  A +

2022/23 mövsümü üçün hazırlıqlarını Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" FK qardaş ölkədə ilk yoxlama oyununu keçirəcək.

Qol.az xəbər verir ki, Aleksey Baqanın baş məşqçilik etdiyi komanda Türkiyə 1-ci Liqa təmsilçisi "Bandırmaspor"la üz-üzə gələcək. Görüş iyulun 20-si Boluda keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, "Sumqayıt" Türkiyədə daha 2 yoxlama matçı oynayacaq. Lakin komandanın rəqibləri hələlik məlum deyil.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner