“Sabah” növbəti mövsümə hazırlıqları davam etdirir. Qol.az xəbər verir ki, komandanın yeni transferlərindən Abdulaye Ba sabahfc.az saytına müsahibəsində komandamıza keçidi, təlim-məşq toplanışı və digər məsələlərlə bağlı fikirlərini bildirib:
– Burda olmaqdan çox şadam. “Sabah” ailəsinin üzvü olmaq qürurvericidir. Bu, mənim üçün yeni çağırışdır. İnanıram ki, “Sabah”la birlikdə uğurlu mövsüm keçirəcəyəm.
– Artıq bir neçə gündür komanda ilə məşqlərdə iştirak edirsən. İlkin təəssüratların necədir?
– Komanda daxilində çox yaxşı, müsbət atmosfer var. Yeni komandama çox tez uyğunlaşdım. Yeni mövsümdə uğur qazanmaq üçün komandamızın yaxşı potensialı var.
– “Sabah”da əsas məqsədin nədir?
– Əsas istəyim komanda ilə avrokuboklara vəsiqə qazanmaqdır. Bilirəm, bu yolda bizi çətin sınaqlar gözləyir. Lakin mən buna hazıram. İnanıram ki, biz komanda olaraq birlikdə daha güclü olacağıq.
– Sənin böyük qardaşın Samba Ba vaxtilə Azərbaycanda çıxış edib. “Sabah”dan təklif gələndə bu barədə onunla danışdın?
– Bəli, mənim böyük qardaşım Samba Ba vaxtilə Azərbaycanın “Karvan” klubunda oynayıb. Onun Azərbaycanda dostları və yaxşı təcrübəsi var. Buna görə, təklifə cavab vermək mənim üçün asan oldu.
– Sonda komandamızın tərəfdarlarına nə demək istərdin?
– Onların məni qarşılamasından çox məmnun oldum. Azarkeşlərimizə demək istərdim ki, onların da dəstəyi ilə yeni mövsümdə hədəflərimizə çatacağımıza inanıram
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”