"Sabah" "Hapoel"lə qarşılaşacaq

"Sabah" "Hapoel"lə qarşılaşacaq
ÖLKƏ FUTBOLU 18 İyul 2022 / 18:40 2575
-  A +

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində qarşılaşacağı ilk rəqib bəlli olub.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda İsrailin yüksək liqa təmsilçisi “Hapoel” (Hadera) ilə qarşılaşacaq.

Görüş iyulun 20-də, Bakı vaxtı ilə saat 19:30-da Sofiyada yerləşən milli komandaların təlim-məşq bazasının stadionunda keçiriləcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner