Kamran Quliyevdən Dzyuba ilə bağlı xəbərlərə münasibət

Kamran Quliyevdən Dzyuba ilə bağlı xəbərlərə münasibət
ÖLKƏ FUTBOLU 18 İyul 2022 / 16:13 8702
-  A +

“Neftçi” klubunun prezidenti Kamran Quliyev rusiyalı hücumçu Artyom Dzyuba ilə danışıqlar apardıqlarına dair yayılan xəbərlərə münasibət bildirib.

Qol.az xəbər verir ki, o, Rusiyanın “Sport-ekspress” qəzetinə açıqlamasında məlumatı təkzib edib: “Dzyuba böyük futbolçudur. Amma onun səfərinin “Neftçi”yə bir bağlılığı yoxdur. Ola bilər ki, istirahətə gəlib”.

Qeyd edək ki, daha öncə “Sport-ekpress” qəzeti Dzyubanın Bakıya səfər etdiyini yazıb. Onun "Neftçi" və ya "Qarabağ"la danışıqlar apara biləcəyi iddia olunub.


Qarabağ FK
Son xəbərlər
topaz banner