“Qarabağ”ın oyununa bilet tükənir - Yenilənib

“Qarabağ”ın oyununa bilet tükənir - Yenilənib
ÖLKƏ FUTBOLU 18 İyul 2022 / 12:06 7866
-  A +

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə ev oyununa bilet satışı davam edir.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, iyulun 19-u Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüşə 25 min bilet satılıb. 

Qeyd edək ki, sözügedən oyun saat 20:00-da başlayacaq. Komandalar arasında cavab görüşü 1 həftə sonra İsveçrədə olacaq.

Daha çox


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner