Azərbaycan millisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran Pridə çıxışını başa vurub.
Qol.az xəbər verir ki, yığmamız yarışda 3 medal qazanıb. Turnirin sonuncu günündə Uşangi Kokauri (+100 kq) fəxri kürsüyə qalxıb.
Mübarizəyə 1/16 final mərhələsindən başlayan Kokauri əvvəlcə sloveniyalı Vito Dragiçi, daha sonra ABŞ təmsilçisi Kristian Konovalı üstələyib.
1/4 final mərhələsində o, monqolustanlı Tsetsentsengel Odxuuya uduzsa da, təsəlliverici görüşdə braziliyalı Rafael Silvanı yenməyi bacarıb. Bürünc medal görüşündə isə Gürcüstan cüdoçusu Gela Zaalişvili ilə qarşılaşma baş tutmayıb. Buna Zaalişvilinin cəza üzündən görüşə buraxılmaması səbəb olub.
Beləliklə, Azərbaycan yığması Qran Prini bir dəst medalla başa vurub. İlk iki yarış günündə Yaşar Nəcəfov (66 kq) qızıl, Səid Molayi (81 kq) gümüş medal qazanmışdı.
Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında 69 ölkə arasında 7-ci, kişilərin yarışında isə Niderland (2 qızıl, 2 bürünc) və Gürcüstandan (1 qızıl, 1 gümüş, 2 bürünc) sonra 3-cü yeri tutub.
Qeyd edək ki, bu gün tatami üzərinə çıxan azərbaycanlı digər cüdoçular Məmmədəli Mehdiyev (90 kq) 1/16 finalda serbiyalı Nemanya Maydova, Elmar Qasımov (100 kq) isə İspaniya təmsilçisi Nikoloz Şerazadişviliyə uduzaraq, mübarizəni erkən dayandırıb.
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev
"Real" satılacaq, ya yox?
"Şəfa" - "Qəbələ": Heyətlər
İtaliya klubu millimizin üzvü ilə müqaviləni uzatdı
Olise də sıradan çıxdı
İngiltərə klubundan baş məşqçi qərarı
"Şamaxı" - "Turan Tovuz": Heyətlər
İmaməddin Xəlilov dünya 3-cüsü oldu
10 ölkə İnfantinoya dəstək verdi
"Artıq hədəfimiz çempionluqdur" - Video
"Çelsi" azarkeşlərinə görə cərimələndi