"Kəpəz" "Şamaxı" ilə yoxlama oyunu keçirəcək

"Kəpəz" "Şamaxı" ilə yoxlama oyunu keçirəcək
ÖLKƏ FUTBOLU 17 İyul 2022 / 17:59 1329
-  A +

Bakıda təlim-məşq toplanışını davam etdirən "Kəpəz" daha bir yoxlama oyunu keçirəcək. 

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi "Şamaxı" ilə qarşılaşacaq. İyulun 20-si "Dalğa Arena"da oynanılacaq matç saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Kəpəz" daha əvvəl "Sumqayıt" və "Səbail" ilə yoxlama oyunu keçirib. "Səbail"ə 1:3 hesabı ilə məğlub olan komanda "Sumqayıt"a 2:3 hesabı ilə uduzub.

Xatırladaq ki, "Kəpəz" yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.

Daha çox


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner