"Sabah"dan ayrılan hücumçu bu kluba keçdi

"Sabah"dan ayrılan hücumçu bu kluba keçdi
ÖLKƏ FUTBOLU 17 İyul 2022 / 16:40 3117
-  A +

Ötən mövsümü "Vorskla"dan ayrılaraq icarə əsasında "Sabah"a keçən Lukas Rangel özünə yeni komanda tapıb.

Qol.az xəbər verir ki, bu yay Poltava klubuna qayıtmış braziliyalı forvard Latviyada oynayacaq.

Rangel "Riqa" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Rangel "Sabah"da 8 oyuna 2 qol vurub, 2 qol ötürməsi edib.


Qarabağ FK
Son xəbərlər
topaz banner