"Neftçi"də ciddi itki - 5-6 ay oynamayacaq

"Neftçi"də ciddi itki - 5-6 ay oynamayacaq
ÖLKƏ FUTBOLU 17 İyul 2022 / 15:24 4359
-  A +

“Neftçi”nin yarımmüdafiəçisi Sezar Meza Kolli əməliyyat olunub.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçunun vətəni Paraqvayda olan xaçabənzər diz bağının əməliyyatı uğurlu keçib.

Həkimlərin rəyinə görə, o, 5-6 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.

Xatırladaq ki, “Neftçi”nin Türkiyə toplanışı zamanı Sezar Meza Kollinin dizində ağrılar yaranmışdı və Maqnit Rezonans Tomoqrafiya müayinəsindən sonra əməliyyata ehtiyac olduğu müəyyənləşmişdi.

Daha çox


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner