UEFA-dan azərbaycanlı hakimə yeni təyinat

UEFA-dan azərbaycanlı hakimə yeni təyinat
ÖLKƏ FUTBOLU 16 İyul 2022 / 11:19 4167
-  A +

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.

Qol.az xəbər verir ki, o, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Rapid" (Vyana, Avstriya) - "Lexiya" (Polşa) oyununu idarə edəcək. Məsiyevə yan xətt hakimləri qismində Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 21-də Avstriyada keçirələcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner