“Qarabağ” işi Polşada - ilk oyunda bitirməli idi. Ümumiyyətlə, futbolun qanunları var. Bunlar meydanda topa nəzarət, topla işləmək bacarığı, futbolçuların keyfiyyəti və oyun quruculuğudur. “Qarabağ” futbolun bütün göstəricilərində “Lex”dən üstün idi”.
Bu sözləri Qol.az saytına açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov “Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex”i adlaması (ilk matç - 0:1, cavab oyunu - 5:1) barədə fikirlərini bölüşərkən deyib. Mütəxəssis Ağdam təmsilçisinin çıxışı barədə danışarkən onu TOP komanda adlandırıb:
“Futbol elə bir oyundur ki, heç kim deyə bilməz, mən bu matçı udacağam. Çünki oyun ərzində çox hadisə ola bilər. Məsələni elə Polşada həll etmək olardı. “Qarabağ” da bunu istəyirdi. Amma alınmadı. Təsadüf nəticəsində qol buraxdılar. “Qarabağ”ın qol vəziyyətləri həddindən artıq çox idi. “Qarabağ” öz oyunu ilə TOP komandaya çevrilib. Bu, çox gözəldir. Avropada artıq bu komandanı sayıb-seçirlər. Dünənki oyunda “Qarabağ” 20-ci saniyədə qol buraxanda özüm də heyfisləndim. Amma yenə də çox sakit idim ki, “Qarabağ” indi qolları vuracaq. Əgər erkən qol buraxmasaydılar, ilk hissədə ən azı 4-5 qol vuracaqdılar. Bunu əminliklə deyə bilərəm. Birinci hissədə müdafiədə 1-2 səhv etdilər. Hətta həmin epizodların birində rəqib zərbə vurdu, amma top çox yuxarıya getdi. O futbolçunun ustalıq keyfiyyəti yuxarı olsaydı, qol vura bilərdi. İkinci hissədə isə “Qarabağ” heç bir taktiki səhv etmədi. Futbolçular bir-birlərini sığortaladılar, sıx şəkildə oynadılar. “Lex”ə qol şansı vermədilər, amma özləri 5 qol vurdular. Mən deyərdim ki, hələ 3-4 qol da vura bilərdilər. İlk matçdan sonra demişdim ki, Kadi Borges bu dəfə zəif oynadı.
Amma dünənki matçda gördük ki, “Qarabağ”da lider var, istənilən vaxt oyunu öz üzərinə götürə bilər. Kadi dünən çox gözəl oynadı. Mən ən çox onun 2-ci qolunu qeyd edərdim. Cərimə meydanında müdafiəçinin ayaqları topa yaxın olanda topu ona verməmək, aparmaq, axırda da ayağın içi ilə qol vurmaq çox gözəl idi. Bu, ustalıq səviyyəsini göstərir. Biz öyrəşmişik ki, hansısa əcnəbi futbolçunun - məsələn, Messinin belə hərəkətlərini görək. Amma belə oyunçular Azərbaycanda da var. Gəlin, açıq danışaq. Bu, tərif deyil, reallıqdır. İndiki halda daha da irəliyə getmək lazımdır”.
Mircavadov bildirib ki, “Qarabağ” 2-ci təsnifat mərhələsindəki rəqibi “Sürix”i (İsveçrə) yaxşı təhlil etsə, növbəti mərhələyə də adlaya bilər:
“Qarşıdan güclü komanda ilə oyunlar gəlir. Səhv etmirəmsə, “Sürix” son mövsümdə 2-ci pillədəki komandanı 14 xal qabaqlayaraq çempion olub. “Qarabağ” ötən mövsüm Konfrans Liqasının qrup mərhələsində “Bazel”lə oynadı. Yaxşı çıxış etdilər. Amma alınmadı, “Bazel” bizi uddu. “Sürix” həmin “Bazel”dən 14 xal qabaqdadırsa, deməli, güclüdür. Deyə bilmərəm ki, indi “Sürix”in heyətində hansı futbolçular var, hansılar isə gedib. Amma bu komanda zəif ola bilməz. “Qarabağ” “Sürix”lə matçlara çox ciddi şəkildə hazırlaşmalıdır. “Qarabağ” ilk növbədə geniş informasiya əldə etməlidir. Evdə neçə çıxış edirlər, səfərdə necə oynayırlar, liderləri hansı futbolçulardır, künc zərbələrini necə vururlar, pressinq edirlər, ya yox, matç ərzində oyunu dəyişə bilirlər ya yox, topu almaq üçün meydançanı balacalaşdıra bilirlərmi, bunları bilmək lazımdır. Belə şeylərin hamısı şərtdir. Öz oyunumuzu oynamalıyıq. Buna məcburuq. Çünki başqa oyunumuz da yoxdur.
“Qarabağ” niyə “Sürix”i də keçməsin? “Qarabağ” Azərbaycanın TOP klubudur. Adətən, İngiltərə, İtaliya, Fransadakı 5-6 komanda TOP klub sayılır. Həm maliyyə cəhətinə, həm infrastrukturuna, həm də heyətində olan futbolçuların çəkilərinə görə. “Qarabağ”ı da o komandalardan hesab etmək olar. Dünənki oyun Avropaya böyük səs saldı, “Qarabağ” “Lex”ə 5 qol vurdu. Əsas olan da oyun tərzi, gücüdür. Söhbət təsadüf nəticəsində qol vurmaqdan getmir. Təsadüf nəticəsində 1, uzağı 2 qol vura bilərsən, daha artığı mümkün deyil. Futbolun öz qanunları var. Mən də o qanunları yaxşı bilirəm. Təsadüf nəticəsində 1 qol vurmaq olar. Necə ki, “Lex” də səfərdə “Qarabağ”a 1 qol vurmuşdu. Amma 2-ci, 3-cü, 4-cü, 5-ci qolu təsadüf nəticəsində vurmaq olmur. Oyun quruluşu, bir-birinə ötürmə vermək, kompakt oynamaq məsələləri var”.
A.Mircavadov Ağdam təmsilçisinin avrokuboklarda daha da irəliləməsi üçün yeni futbolçu transfer etməli olduğunu düşünür:
“Qarabağ” ehtiyat futbolçular cəhətdən o qədər də zəngin deyil. Yəni, Çempionlar Liqasında oynamaq üçün futbolçu seçimi olmalıdır. Allah uzaq etsin, mərkəz müdafiəçilərindən biri zədələnsə, problem yaranacaq. Patrik Andrade komandadan gedib. O, orta xəttin ən yaxşı futbolçusu idi. Bişmişdi, hazır idi. Onun topla işləmək, qayda pozuntusu olmadan topu rəqibdən almaq, mərkəzdə sağa-sola hərəkət etmək, hücumameyillilik və başqa üstün keyfiyyətləri var. Andrade ağıllı futbolçudur. Mən onun getməyinə görə heyfislənirəm. O, komandada olsaydı, “Qarabağ”ın gücü birə on artardı. Məlumdur ki, burada maliyyə məsələləri var. Bu, artıq mənim yox, klubun işidir. Futbolçunu məcbur saxlamaq olmaz. Bir də ki, maliyyə cəhətdən balansı itirmək lazım deyil. Tərəziyə qoyanda biri ağır gəlir, biri yüngül. Sonra onların arasında hay-küy olur. Klub özü bunları bilir.
İkinci məsələ də budur ki, futbolçu alanda səhv etməyəsən. Oyunçu tez bir zamanda açılmalıdır. Çünki artıq mövsüm başlayıb. “Sürix”lə oyun “Qarabağ” üçün ikinci imtahan olacaq. Öz oyununu itirməmək şərti ilə get-gedə daha yaxşı çıxış etməlisən. Hazırlıq prosesini 1-2 oyunluq qurmaq lazım deyil. Futbolçunun gücünü artırmaq üçün hazırlaşmaq lazımdır. Dünənki oyunda göründü ki, komandanın hazırlığı yüksək səviyyədədir. Hələ hava da isti idi. “Lex” çox yoruldu. Onların futbolçuları tez-tez su içirdilər. Bunun səbəbi odur ki, “Lex”in fiziki durumu o qədər də yaxşı vəziyyətdə deyil”.
Nur Zeynalova
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı