"Turan Tovuz" daha bir gürcü transfer etdi

"Turan Tovuz" daha bir gürcü transfer etdi
ÖLKƏ FUTBOLU 13 İyul 2022 / 16:39 2836
-  A +

"Turan Tovuz" heyətini daha bir futbolçu ilə gücləndirib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Piruzi Marakvelidzeni transfer edib.

27 yaşlı gürcüstanlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanıb.

Son mövsümü “Telavi”də keçirən Marakvelidze Tbilisi “Dinamo”sunun yetirməsidir, vətənində “Zestafoni”, “Merani” və “Liakvi”nin də formasını geyinib.

O, son mövsümdə “Telavi"nin heyətində 12 oyun keçirib 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Turan Tovuz" gürcüstanlı yarımmüdafiəçi İmeda Aşortianın da transferini açıqlayıb.

Daha çox


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner