“Komanda toplanışın ikinci mərhələsini Tovuzda keçirir. Əsasən futbolçuların fiziki durumunu qaydaya salmaq üçün işlər getdi. “Şamaxı” ilə ayın 15-də yoxlama oyunumuz olacaq. Düzdür, yol uzaqdır, amma bu oyun bizə vacibdir”.
Bu sözləri Qol.az-a açıqlamasında “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.
Klubdakı çatışmazlıqlar barədə yayılan xəbərlərə münasibət bildirən çalışdırıcı artıq işlərin yoluna qoyulduğunu qeyd edib: “Düzünü danışmaq lazımdır. 9 ildən sonra Premyer Liqaya qayıdan klubda hər şey yenidən qurulur. Bu çətinliklər bizi gözləyir. Amma Tovuz rəhbərliyi sağ olsun, icra başçısı bizi şəxsən qəbul etdi. Bizə lazım olan dəstək verildi. Formamız da sifariş olunub. İcra başçısı Məmməd Məmmədov qəbul zamanı mənə bildirdi ki, hansı köməklil lazımdırsa, edək.
Dövlət tərəfindən ayrılan vəsait avqust, yaxud da növbəti ayda köçürüləcək. Ona qədər isə Tovuz Rayon İcra Hakimiyyəti lazım olan köməyi edəcək”.
A.Abbasov komandanın təlim-məşq toplanışı üçün Gürcüstana gözlənilən səfərinin də yaxın vaxtlarda gerçəkləşəcəyinə ümid etdiyini bildirib: “Bizdə hər şey hazırdır. Sadəcə, quru sərhədlərinin bağlı olması bir az çətinlik yaradır. Yenə də o yöndə iş gedir. Çalışacağıq ki, Bakıdan təyyarə ilə toplanışa gedək”.
41 yaşlı mütəxəssis yeni transferlərin gözlənildiyini deyib: “Heyətimiz çox kasaddır. Bunu bilirik və çalışırıq ki, büdcəmizə uyğun transferlər edək. Baxdığımız, danışıq apardığmız futbolçular var. Nurlan Novruzov və Sadiq Quliyev də komanda ilə birgədir. “Şamaxı” ilə yoxlama oyunundan sonra onlar haqqında da qərarımızı verəcəyik”.
Ayxan Abbasov bir müddətdir komanda ilə birgə məşq edən Cavid Tağıyevin isə düşərgəni tərk etdiyini bildirib: “O da bizimlə idi. Sonra başqa klubdan təklif aldı və düşərgəni tərk etdi. Peşəkar futbolçudur, öz seçimini belə etdi”.
Ramiq Ağaməmmədov
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”