“Qarabağ” – “Sürix” oyununun vaxtı müəyyənləşdi

“Qarabağ” – “Sürix” oyununun vaxtı müəyyənləşdi
ÖLKƏ FUTBOLU 13 İyul 2022 / 12:21 20938
-  A +

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ”la “Sürix” (İsveçrə) arasındakı ilk oyunun tarixi və başlama saatı dəqiqləşib.

Ağdam klubundan Qol.az-a verilən xəbərə görə, birinci matç iyulun 19-u Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun yerli vaxtla saat 20:00-da başlanacaq.

Cavab görüşü isə iyulun 27-də İsveçrədə olacaq.

Qeyd edək ki, hələlik UEFA-nın rəsmi saytı bu matçların tarixini və saatını açıqlamayıb.

Daha çox


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner