"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex"ə qalib gələrək mərhələ adlamaları (ilk oyun- 0:1, cavab matçı - 5:1) barədə fikirlərini bölüşüb.
Qol.az xəbər verir ki, 50 yaşlı mütəxəssis cavab görüşündən sonra təşkil olunan mətbuat konfransında deyib:
"Hamını qələbə münasibəti ilə təbrik edirəm. Çox möhtəşəm qələbə oldu. Bu cür qalibiyyətlər nadir hallarda olur. Sadəcə, hər şey istədiyimiz kimi alındı. Futbolçular çox istəkli idilər. İlk saniyələrdə qol buraxsaq da, sınmadıq. Oyun intizamını saxladıq. Çox yaxşı komandaya qalib gəldik. Fərqli, sürətli oyunçuları var. Yaxşı əks hücuma çıxırdılar. Bu, bir başlanğıcdır. İlk oyundan sonra hamı Polşa azarkeşlərindən danışırdı. Bu gün gördük ki, bizim fanatlarımız onlardan üstündür. Dünən dedim ki, 10 milyon bizim arxamızdadır. Bu gün də bunun şahidi olduq. Yerimizdə dayanmalı deyilik. Daha ciddi, məsuliyyətli olmalıyıq. Futbolçuların mübarizəsi alqışalayiqdir".
Qurbanov deyib ki, ötən gecə yuxusunda millət vəkili Aqil Abbası görüb: "Gecə yuxumda Aqil Abbası gördüm. Görürəm ki, Şuşadayıq, dağın başında qarın içindədi. Deyir ki, şəhər istidir, bax gör, təpələr necə qarlıdır. Buradan ona salamlarımı çatdırıram".
Mütəxəssis rəqib komandanın baş məşqçisi Con Van den Bromun hakim səhvləri ilə bağlı fikirlərinə də münasibət bildirib: "Hakimliklə bağlı danışılası əlavə nəsə yoxdur. Bizə qarşı da haqsızlıqlar olub. Bu cür fikir bildirməsi normaldır. Məğlub olanda belə şeylər baş verir. Onlara da uğurlar arzu edirəm".
Mütəxəssis hər bir jurnalistə öz yaxını kimi baxdığını vurğulayıb: "Biri tənqid edir, biri tərifləyir. Onlar yenə də komandamın arxasındadır. Bu cür şeyləri normal qarşılayıram. Elçin müəlimin kövrəlməsi normaldır. Məndə də olur. Ümumiyyətlə, bu, futbola bağlı hər kəsdə baş verə bilər".
Qurbanov bildirib ki, futbolçusi Kadi Borgesi yersiz sarı vərəqə aldığı üçün əvvəl danlayıb, sonra isə bağışlayıb: "Belə şeylərə çox həssas yanaşıram. Heç nədən sarı vərəqə almağı oyunçuya yaraşdırmıram. Buna görə hirsləndim. Amma eşidəndə ki, birinci "sarı"sıdır, fasilədə həm danladım, həm də bağışladım (gülür)".
Maykl Kinlə yubiley müqaviləsi imzalandı
Quliyev və Səfərovun dublları, "Səbail"in qələbəsi - Video
Vinisius Mbappedən az maaş alacaq
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazandı
Azarkeşlərin davranışı kluba baha başa gəldi
Avropanın ən baxımlı komandası oldular
"Mançester Yunayted"ə keçə bilər
"Nyukasl" Qordon üçün 80 milyon tələb edir
"Fənərbaxça"dan derbidən öncə gözlənilməz qərar
Rəhim Həsənov hakimin qərarlarını təsdiqlədi - Video
Rəqib qapısına zərbə vurmadan finala yüksəldilər
1-ci liqada 23-cü tura yekun vuruldu
20-cini vurdu, 30-cu oldu
“Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
PSJ növbəti oyuna itki ilə çıxacaq
Azərbaycan millisi Belarusla qarşılaşacaq
"Barselona" təsdiqlədi: Bu mövsüm oynaya bilməyəcək
UEFA Arda Turanı cərimələdi
"Real" Ardanın zədələndiyini açıqladı
İstanbul derbisinin hakimləri bilindi
"Sabah" Rəvan Həmzəzadəni özü ilə aparacaq?!
Artetanın oğlu "Arsenal"da debüt etdi
Yamal zədələndi
Onlar da İngiltərə Premyer Liqasını tərk edəcəklər
Qurban Qurbanov nəyə və kimlərə gülürdü?
"Çelsi"də baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşdi
Azərbaycan boksçusu dünya kubokunda daha bir qələbə qazandı
"Hamı gördü, təmiz penalti idi" - Fabian Buntiç
Nəriman qələbəni kənardan izlədi
DÇ-2026-da İranı İtaliya ilə əvəzləməyi təklif etdi
Benzia "Sabah" - "Qarabağ" oyunu haqda - "Hakim biabırçıdır"
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Qalatasaray" kubokla vidalaşdı - Video
Azərbaycanın güləş millisi Avropa çempionu oldu
"Sabah" - "Qarabağ" matçından - Video
"Həyatımda asan final görməmişəm" - Valdas Dambrauskas
Məşqdə zədələndi, dünya çempionatını buraxacaq
Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
London klubu avrokuboklardan kənarlaşdırıla bilər
"Çelsi" baş məşqçisini göndərdi
“Qarabağ”ın qapıçısı qırmızı vərəqə aldı
Türkiyə klubundan kəskin etiraz - Hakimi dəyişin
Baş məşqçidən sərt qaydalar: Telefon işlətməyəcəklər
"Milan"ın yay transfer büdcəsi bəlli oldu
“Sabah” - “Qarabağ”: Heyətlər