Sabah Çempionlar Liqasının birinci təsnifat mərhələsində son Azərbaycan çempionu "Qarabağ” cavab görüşünə çıxacaq.
Ağdam təmsilçisi ilk görüşdə Polşada 0:1 hesabı ilə uduzduğu “Lex”i qəbul edəcək. Oyun saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq.
Qol.az xatırladır ki, bu cütün qalibi ÇL-də mübarizəni ikinci təsnifat mərhələsinə adlamaqla davam etdirəcək. Rəqib İsveçrə çempionu “Sürix” olacaq. İlk oyun Bakı və ya Poznanda keçiriləcək.
Cütün məğlubu isə avrokuboklarda mübarizəni başa vurmayacaq və Konfrans Liqasında yarışacaq. Burada “Qarabağ” və ya “Lex” KL-in 2-ci təsnifat mərhələsində oynayacaq. Rəqib isə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu olacaq. Bu komandaların Slovakiyadakı ilk oyunu heç-heçə yekunlaşıb - 0:0.
UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda olacaq.
Qeyd edək ki, ötən ildən başlayaraq avrokuboklar yeni formatda keçirilir. ÇL-in birinci təsnifat mərhələsinin məğlubu daha Avroliqaya deyil, Konfrans Liqasına düşür. Ümumiyyətə, məlum olduğu kimi, ötən ildən Avropa Liqasında ilkin, birinci və ikinci mərhələlər ləğv olunub və yarış yalnız üçüncü mərhələdən start götürür. Buraya isə UEFA-nın klub reytinqində ilk 15 yerdə olan ölkələrin komandaları buraxılır. Azərbaycan 26-cı yerdə olduğundan komandalarımız yalnız ÇL və yeni turnir olan Konfrans Liqasında yarışır.
Hələlik isə Azərbaycan çempionu, indiki halda “Qarabağ” yalnız Çempionlar Liqasında ikinci mərhələyə adlayacağı və orada uduzacağı təqdirdə Avropa Liqasının 3-cü raundunda oynaya bilər. ÇL-də ikinci mərhələyə adlayan klub Avroliqada 3-cü mərhələ ilə yanaşı avtomatik olaraq Konfrans Liqasının pley-offuna vəsiqəni də təmin edir.
Lakin ümid və arzu edək ki, “Qarabağ” Çempionlar Liqasında sabah uğurlu başlanğıcın təməlini qoyacaq və mübarizəni sonadək məhz elə qitənin bu birnömrəli yarışında davam etdirəcək.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”