"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Lex”lə sabahkı cavab oyun öncəsi mətbuat konfransı keçirib.
- Çox vacib oyuna çıxacağıq. Bəlkə əvvəllər 3-cü turda bu cür rəqiblərlə qarşılaşırdıqsa, indi ilk oyundaca çox layiqli komanda düşdü. İlk oyunda rəqibin gücünü hiss etdik. Əvvəlki oyundan əvvəl də demişdim ki, yaxşı komandaya qarşı oynayırıq. Bu gün eyni sözləri deyirəm. Səfərdə uduzsaq da, inamımız çoxdur. İlk oyuna baxırıq, rəqibi daha yaxından tanımağa çalışırıq. Sabah meydanda düşüncəli komanda olmalıyıq. “Lex” istənilən dəqiqələrdə qol vura bilən komandadı. Çox yaxşı müdafiə olunurlar, topla yaxşı davranan futbolçuları var. Hər bir halda futbolçularıma inanıram, güvənirəm. Sabah meydanda çox düşüncəli komanda olmalıyıq. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək. Sabahı gözləməli olacağıq.
- Yeni transfer olacaq?
- Hazırda buna cavab verə bilməyəcəyəm. İşçi heyəti bu işlə məşğul olur. Transferlərlə bağlı lazımı danışıqlar gedir. Futbolçularıma da güvənirəm. Hansı mövqeyə transfer olunacaq qarşıdakı günlərdə dəqiqləşəcək.
- Cütün taleyinin həll olunması üçün görüşün 120 dəqiqəyə uzanmaq ehtimalı da var. Buna komandanı hazırlamısız?
- Hər şeyi nəzərə almışıq. Yeni sistemdə səfərdə vurulan qol da önəmi qalmayıb. Amma çox istəyərdik ki, 90 dəqiqədə hər şey bizim tərəfimizdə olsun.
- İlk oyunla müqayisədə heyətdə dəyişiklik olacaq?
- Ola bilər.
- Komandanız döyüşə hazırdır?
- Yaxşı oyuna hazırıq. İnanıram ki, futbolçularım o hissləri yenidən meydanda göstərəcək, aktiv mübarizə aparacaqlar.
- Əvvəlki illərdə "Qarabağ"ın geridönüş etdiyini görmüşük. Bu barədə ictimaiyyətdə narahatlıq var. Bu, sizdə əlavə təzyiq yaradır?
- Dəfələrlə belə hallar olub. Bunu normal qarşılayırıq. İnanmıram ki, təzyiq yaratsın. Sadəcə bir az inamsızlıq yaranması mənə təsir edə bilər. Amma ümumən ilboyu gedən prosesdir. Kimsə tənqid edir, kimsə tərifləyir. Əsas odur ki, inamsızlıq olmasın. Futbolçular hiss eləməlidirlər ki, onlara güvənirlər. Belədə onlar daha istəkli və məsuliyyətli olurlar.
- II Vətən müharibəsində xalqımız bir oldu. Sabahkı oyunla bağlı da birlik üçün azarkeşlərə mesajınız var?
- Azarkeş futbolun ən vacib hissəsindən biridir. Azarkeş kütləsi futbolçulara əlavə motivasiya, inam, məsuliyyət verir. Çox istərdim ki, sabah stadion tam dolu olsun. Amma inanıram ki, 10 milyon azərbaycanlı bizimlədir, kimisi stadionda, kimisi evdə, kimisi işdə azarkeşlik edəcək. Bu dəstəyi hiss edəcəyik. Hər biri "Qarabağ"ın uğurlu nəticəsini istəyir.
- Heyətlə bağlı problem varmı?
- Qara Qarayevin durumu sual doğurur. Bu gün məşqdə onunla bağlı məsələ müəyyənləşəcək.
Maykl Kinlə yubiley müqaviləsi imzalandı
Quliyev və Səfərovun dublları, "Səbail"in qələbəsi - Video
Vinisius Mbappedən az maaş alacaq
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazandı
Azarkeşlərin davranışı kluba baha başa gəldi
Avropanın ən baxımlı komandası oldular
"Mançester Yunayted"ə keçə bilər
"Nyukasl" Qordon üçün 80 milyon tələb edir
"Fənərbaxça"dan derbidən öncə gözlənilməz qərar
Rəhim Həsənov hakimin qərarlarını təsdiqlədi - Video
Rəqib qapısına zərbə vurmadan finala yüksəldilər
1-ci liqada 23-cü tura yekun vuruldu
20-cini vurdu, 30-cu oldu
“Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
PSJ növbəti oyuna itki ilə çıxacaq
Azərbaycan millisi Belarusla qarşılaşacaq
"Barselona" təsdiqlədi: Bu mövsüm oynaya bilməyəcək
UEFA Arda Turanı cərimələdi
"Real" Ardanın zədələndiyini açıqladı
İstanbul derbisinin hakimləri bilindi
"Sabah" Rəvan Həmzəzadəni özü ilə aparacaq?!
Artetanın oğlu "Arsenal"da debüt etdi
Yamal zədələndi
Onlar da İngiltərə Premyer Liqasını tərk edəcəklər
Qurban Qurbanov nəyə və kimlərə gülürdü?
"Çelsi"də baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşdi
Azərbaycan boksçusu dünya kubokunda daha bir qələbə qazandı
"Hamı gördü, təmiz penalti idi" - Fabian Buntiç
Nəriman qələbəni kənardan izlədi
DÇ-2026-da İranı İtaliya ilə əvəzləməyi təklif etdi
Benzia "Sabah" - "Qarabağ" oyunu haqda - "Hakim biabırçıdır"
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Qalatasaray" kubokla vidalaşdı - Video
Azərbaycanın güləş millisi Avropa çempionu oldu
"Sabah" - "Qarabağ" matçından - Video
"Həyatımda asan final görməmişəm" - Valdas Dambrauskas
Məşqdə zədələndi, dünya çempionatını buraxacaq
Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
London klubu avrokuboklardan kənarlaşdırıla bilər
"Çelsi" baş məşqçisini göndərdi
“Qarabağ”ın qapıçısı qırmızı vərəqə aldı
Türkiyə klubundan kəskin etiraz - Hakimi dəyişin
Baş məşqçidən sərt qaydalar: Telefon işlətməyəcəklər
"Milan"ın yay transfer büdcəsi bəlli oldu
“Sabah” - “Qarabağ”: Heyətlər
PSJ-yə keçə bilər