"Bu gün çoxlu epizodları sağa-sola xərclədik" - Regekampf

"Bu gün çoxlu epizodları sağa-sola xərclədik" - Regekampf
ÖLKƏ FUTBOLU 11 İyul 2022 / 15:55 3610
-  A +

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərçivəsində "Sivasspor"la keçirdikləri yoxlama matçı (0:1) barədə fikirlərini bölüşüb. 

Qol.az xəbər verir ki, 46 yaşlı mütəxəssis klubun televiziyasına açıqlamasında deyib:

"Nəticə məni qane etməsə də, oyundan razı qaldım. Çünki bu gün çoxlu epizodları sağa-sola xərclədik. Son həftədə çox ağır məşqlər keçirmişik. Hər oyunda həm A sistemi, həm də B sistemi olur. Hər iki sistemə hazır olmalıyıq. Yoldaşlıq görüşlərində təzyiq olmadığı üçün bütün səhvləri görə bilirik. O qədər də oyun stresi olmur". 

Qeyd edək ki, "Neftçi" Boludakı ilk yoxlama matçında Türkiyə "Sakaryaspor"u ilə 1:1 hesablı heç-heçə edib. "Ağ-qaralar" hazırlıq prosesində daha bir matç keçirməyi planlaşdırır.

Daha çox


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner