“Qəbələ”nin futbolçusu İsnik Alimi komandasının yeni mövsüm üçün hazırlıq prosesi ilə bağlı fikirlərini bölüşüb.
Qol.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında deyib: “Təlim-məşq toplanışının Qəbələdəki birinci hissəsi çox yaxşı keçdi. Biz hazırda çalışmalarımızı davam etdiririk. Hər kəs işin ciddiyyətini çox gözəl qavrayır, düzgün yanaşma və konsentrasiya ilə qarşıdakı matça hazırlaşır. Hamı bizi Konfrans Liqasında gözləyən oyuna hazır olmağa səy göstərir, bunun üçün çalışır. Mövsümün ilk qarşılaşmasına neçə faiz hazır olduğumuzu demək çətindir”.
Şimali makedoniyalı oyunçu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”la keçirəcəkləri görüşlər barədə də fikirlərini bölüşüb: “Komandamızın heyətindəki bir çox futbolçu Avropa miqyaslı turnirlərdə ilk dəfə iştirak edəcək. Yəni, ilk dəfə belə hissləri, fərqli oyun təcrübəsini yaşayacaq. Bu, komanda olaraq bizi çəkindirmir, qorxutmur. Düzdür, qarşıdakı matç digər oyunlar kimi olmayacaq. Öz üzərimizdə hər tərəfdən bir az təzyiq hiss edəcəyik. Amma bu, futboldur. Biz meydana yüksək əzmlə çıxmalı və öz oyunumuzu göstərməliyik. Əlimizdən gələnin ən yaxşısını etməli və istədiyimiz nəticəni qazanmağa çalışmalıyıq. Bizi iki oyundan ibarət bir tur gözləyir. “Fehervar”la duel tək bir matç deyil. Hər iki görüş çox vacibdir. Amma nəzərə almalıyıq ki, hər şey ilk qarşılaşmada bitmir. Qəbələdə çox vacib, turun yekun oyunu olacaq. Ona görə də iki oyuna konsentrasiya olmalı, diqqətdə saxlamalı, hazırlığımızı və gücümüzü ona görə hesablamalıyıq”.
Alimi yeni transferlər və komandada formalaşan atmosfer haqda bu sözləri deyib: “Komandaya yeni futbolçular qoşulub. Onların çox kömək edəcəyini düşünürəm. Görünən odur ki, yeni oyunçular uyğunlaşmada hər hansı problem yaşamırlar. Biz də komandanın təcrübəliləri kimi onlara yardımçı olmağa çalışırıq. Yeni transferlərin işə yanaşması, motivasiyası, konsentrasiyası ilə komandaya böyük qatqısı olacaq. Heyətə yeni qoşulan futbolçular “Qəbələ”dəki xoş, ailə, dostluq atmosferini hiss edirlər. Belə ab-hava onların xoşuna gəlir. Özüm də komandaya gəldiyim gündən xoş mühiti, dostluğu, bir-birinə yardım etməyi görmüşəm. Yeni gələnlər də bunu hiss edir. Biz də onlara yardım göstəririk. Düşünürəm ki, növbəti mövsüm həm göstərdiyimiz futbolla, həm də dostluq mühiti içində yaratdığımız bu güclü kollektivlə daha yaxşı nəticələrə nail olacağıq”.
Maykl Kinlə yubiley müqaviləsi imzalandı
Quliyev və Səfərovun dublları, "Səbail"in qələbəsi - Video
Vinisius Mbappedən az maaş alacaq
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazandı
Azarkeşlərin davranışı kluba baha başa gəldi
Avropanın ən baxımlı komandası oldular
"Mançester Yunayted"ə keçə bilər
"Nyukasl" Qordon üçün 80 milyon tələb edir
"Fənərbaxça"dan derbidən öncə gözlənilməz qərar
Rəhim Həsənov hakimin qərarlarını təsdiqlədi - Video
Rəqib qapısına zərbə vurmadan finala yüksəldilər
1-ci liqada 23-cü tura yekun vuruldu
20-cini vurdu, 30-cu oldu
“Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
PSJ növbəti oyuna itki ilə çıxacaq
Azərbaycan millisi Belarusla qarşılaşacaq
"Barselona" təsdiqlədi: Bu mövsüm oynaya bilməyəcək
UEFA Arda Turanı cərimələdi
"Real" Ardanın zədələndiyini açıqladı
İstanbul derbisinin hakimləri bilindi
"Sabah" Rəvan Həmzəzadəni özü ilə aparacaq?!
Artetanın oğlu "Arsenal"da debüt etdi
Yamal zədələndi
Onlar da İngiltərə Premyer Liqasını tərk edəcəklər
Qurban Qurbanov nəyə və kimlərə gülürdü?
"Çelsi"də baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşdi
Azərbaycan boksçusu dünya kubokunda daha bir qələbə qazandı
"Hamı gördü, təmiz penalti idi" - Fabian Buntiç
Nəriman qələbəni kənardan izlədi
DÇ-2026-da İranı İtaliya ilə əvəzləməyi təklif etdi
Benzia "Sabah" - "Qarabağ" oyunu haqda - "Hakim biabırçıdır"
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Qalatasaray" kubokla vidalaşdı - Video
Azərbaycanın güləş millisi Avropa çempionu oldu
"Sabah" - "Qarabağ" matçından - Video
"Həyatımda asan final görməmişəm" - Valdas Dambrauskas
Məşqdə zədələndi, dünya çempionatını buraxacaq
Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
London klubu avrokuboklardan kənarlaşdırıla bilər
"Çelsi" baş məşqçisini göndərdi
“Qarabağ”ın qapıçısı qırmızı vərəqə aldı
Türkiyə klubundan kəskin etiraz - Hakimi dəyişin
Baş məşqçidən sərt qaydalar: Telefon işlətməyəcəklər
"Milan"ın yay transfer büdcəsi bəlli oldu
“Sabah” - “Qarabağ”: Heyətlər
PSJ-yə keçə bilər