Azərbaycan futzal millisinin qapıçısı Emin Kürdov DÇ-2024-ün əsas seçmə mərhələsinin və klubu "Araz-Naxıvan"ın mübarizə aparacağı Çempionlar Liqasının püşkünü dəyərləndirib.
Qol.az xəbər verir ki, 38 yaşlı oyunçu bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında danışıb. Qolkiper deyib:
“Araz-Naxçıvan”ın rəqiblərindən birinin adı dəqiqləşib - “Mostar”. Bosniya və Herseqovina çempionu ilə 2017-ci ildə də qarşılaşmışdı təmsilçimiz və həmin oyunda inamlı qələbə qazanmışdıq 5:2. Oyunların onların meydanında keçirilməsi bu komanda üçün nisbətən üstünlük hesab edilə bilər. Digər iki rəqib isə hələ məlum deyil.
Milli komandaya gəldikdə, sərfəli qrupa düşmüşük. Yunanıstan millisi ilə sonuncu dəfə 1 il əvvəl qarşılaşmışdıq. Bakı İdman Sarayında onları 4:0 hesabı ilə yenmişdik. Həmin matçdan 3 ay əvvəl Afinada keçirilmiş oyunda da biz qələbə qazanmışdıq – 3:0. Onları yaxşı tanıyırıq. “Dişimiz”ə görə rəqibdir. Daha doğrusu, udulası komandadır. Polşanın gücünü isə həm Sloveniyada, həm də Niderlandda keçirilən Avropa çempionatının final mərhələsində görmüşəm. Yaxşı təsir bağışladı bu komanda. Qrupun favoriti biz hesab edilsək də, boşluğa yol vermək, arxayınlaşmaq olmaz. Bu gün istər Avropada, istərsə də digər qitələrdə orta səviyyəli komandalar iddialıları büdrədir, xal alır. Biz də Niderlandda keçirilən Avropa çempionatının final mərhələsində Gürcüstanla matçda yol verdiyimiz səhvdən nəticə çıxarmalıyıq, təkrarlanmasına imkan verməməliyik. Həmin matçda hesabda 2:0 üstünlük qazandığımız zaman, nə baş verdisə, sonda yenildik. Ona görə bütün rəqiblərə hörmətlə yanaşmalı, matçlara məsuliyyətlə çıxmalıyıq. Belə deyim də, qarşıya qoyulan məqsədə nail olmaq öz əlimizdədir”.
Qeyd edək ki, futzal millimiz DÇ-2024-ün seçmə mərhələsində 6-cı qrupda Yunanıstan və Polşaya rəqib olub.
Əlavə edək ki, "Araz-Naxçıvan" B yolunun 5-ci qrupunda "Mostar" (Bosniya və Herseqovina), həmçinin, ilkin mərhələnin D və F qruplarının qalibləri ilə görüşəcək. Qrupdan elit-raunda yalnız ilk pillənin sahibi vəsiqə qazanacaq. Əsas mərhələnin oyunları 25 - 30 oktyabrda Bosniya və Herseqovinada keçiriləcək.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”