"Sabah" ispaniyalı futbolçu aldı - Rəsmi

"Sabah" ispaniyalı futbolçu aldı - Rəsmi
ÖLKƏ FUTBOLU 10 İyul 2022 / 10:12 4539
-  A +

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi Con İrasaballa 1+2 illik müqavilə imzalanıb.

İrasabal karyerası ərzində İspaniyanın “Vitoria” (2017-2018), “Mirandes” (2018-2020), “Lexona” (2019-2020) və “Amorebieta” (2020-2022) klublarında çıxış edib.

Con “Sabah”da 19 nömrəli formada çıxış edəcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner