Zaqreb “Dinamo”sunun hücumçusu Mahir Emreli Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin Polşa “Lex”i ilə “Qarabağ” arasında Poznanda keçirilən oyundan danışıb.
Qol.az xəbər verir ki, millimizin üzvü azerisport.com-a açıqlamasında deyib ki, ilk oyun “Qarabağ”ın tam nəzarəti altında keçdi: "Polşa çempionu evdə çıxış etməsinə baxmayaraq, oyununu əks-hücumlar üzərində qurmuşdu. Bu da özünü doğrultdu.
“Lex” çətin ki, Bakıda “Qarabağ”a təzyiq edə bilsin. İnanmıram ki, öz meydanında belə oynayan komanda səfərdə “Qarabağ”a qarşı hücum futbolu sərgiləsin. "Qarabağ" öz meydanında fərqli futbol göstərir. Azarkeş faktorunu unutmayaq. Komanda yerli publika önündə yaxşı motivasiya olur. İlk görüşdə "Qarabağ" çoxlu qol imkanları yaratdı. Öz meydanlarında isə rəqibin səhvlərini bağışlamayacaqlar. Səbəbini bilmirəm, amma “Qarabağ”ın daha da irəli gedəcəyinə əminəm”.
Emreli eyni zamanda, "Qarabağ"ın arxayınlaşmamalı olduğunu da qeyd edib: “Bununla belə, "Lex"i də qiymətləndirməliyik. "Lex" güclü və təhlükəli komandadır və bunu ilk oyun açıq şəkildə göstərdi. Baxmayaraq ki, “Qarabağ”ın təcrübəsi və səviyyəsi daha yüksəkdir. Polşa çempionu Azərbaycan çempionu ilə bərabər deyil.
Düşünürəm ki, cavab oyununda “Lex” eyni taktikaya üstünlük verəcək və əks-hücumlardan əlavə, standart vəziyyətlərə arxalanacaq. Təbii ki, üstünlüklərini gücləndirməyə çalışacaqlar. Onların hesabı saxlamaq üçün oynayacağı ehtimalı azdır. “Qarabağ” ən azı Poznandakı kimi oynasa, nəticə fərqli olacaq. Ağdam klubunun hücumçuları üçün də cavab matçında bir az asan olacaq. Cavab oyunu bizim üçün daha yaxşı olacaq. "Qarabağa" inanırıq",
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”