"Araz-Naxıvan"ın futzalçısı David Qustavo UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkünü dəyərləndirib.
Qol.az xəbər verir ki, o, federasiyanın rəsmi saytına açıqlamasında bu barədə danışıb. Braziliyalı oyunçu bildirib ki, Avropanın ən nüfuzlu klub turnirində zəif rəqib olmur:
“Açığı, indi istirahətdə olduğumuza görə, kimlərlə müqavilə imzalandığını, heyətə kimlərin cəlb edildiyini dəqiq bilmirəm. Amma rəhbrəliyin komandanı gücləndirmək istədiyini və hədəflərin böyüdüyünü eşitmişəm. Aydın məsələdir ki, Çempionlar Liqasında zəif rəqib olmur. Çünki orada ölkəsinin çempionu yarışır. İşimiz asan olmayacaq, əksinə çətin olacağını qeyd etməliyəm. Gərgin mübarizə gözləyir və biz də qarşıya qoyulan tapşırığa çatmaq üçün sona qədər “döyüşəcəyik”. Rəqiblərimizin bizim yeni oyunçulardan xəbərsiz olduqlarına inanıram. Məncə, yeni mövsümdə fərqli, daha güclü “Araz-Naxçıvan” görəcəksiniz. Bütün işlər, dəyişikliklər məqsədə nail olmaq üçün edilir. Rəqiblərimizə gəldikdə, “Mostar” doğma meydan amilindən də istifadə edəcək. Biz bunu ötən ilk “Uraqan”ın timsalında gördük. Bu baxımdan onlarla oyun çox çətin olacaq. Digər iki rəqibimizin kimliyi hələ avqustun sonunda müəyyənləşəcək. Serbiya və Gürcüstan çempionu öz qruplarında favorit olsalar da, sürprizlərdən də qaçmaq mümkün deyil. Bu cür turnirlər zamanı əsas özünün hazır olmağındır. Qarşıda vaxtımız çoxdur. Güclü futzalçılar cəlb etməklə bərabər, yaxşı hazırlıq keçəcəyik. Çünki bunun üçün əla şəraitimiz var. Komandama inanıram. Biz bunu bacaracağıq”.
Qeyd edək ki, "Araz-Naxçıvan" B yolunun 5-ci qrupunda mübarizə aparacaq. “Araz-Naxçıvan”ın rəqibləri “Mostar” (Bosniya və Herseqovina), həmçinin ilkin mərhələnin D qrupunun (İsveçrə “Mineva”sı, Serbiya “Loznika-Qrad 2018”i, Norveç “Vesteralen”i, San-Marino “Folqore”si) və F qrupunun (Gürcüstan “Georgians”ı, Almaniya “Ştutqart”ı, İsveç “Orebro”su, Türkiyə “İstanbul Şişli”si) qalibləri olacaq. Qrup oyunları Bosniya və Herseqovinada keçiriləcək.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”