Ötən gün Tovuz rayon Nizami Gəncəvi adına Mədəniyyət Evində “Turan Tovuz” klubunun Premyer Liqaya qayıdışı və Futbolun İnkişaf Fondunun (FİF) fəaliyyətinə həsr olunan tədbir təşkil olunub.
Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə yerli ictimaiyyət nümayəndələri, Tovuz Rayon İcra Hakimiyyətinin və dövlət qurumlarının əməkdaşları ilə yanaşı, “Turan Tovuz” futbol klubunun və Futbolun İnkişaf Fondunun nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov açıb. Daha sonra Futbolun İnkişaf Fondunun Himayəçilər Şurasının sədri Vəli Qasımov fondun fəaliyyəti barədə məlumat verib. FİF-in icraçı direktoru Tural Piriyev fondun Tovuz rayonundakı planları və ianə layihələri barədə geniş təqdimat edib. “Turan Tovuz” futbol klubunun icraçı direktoru Nadir Nəbiyev klubun infrastrukturu, fəaliyyəti, Premyer Liqaya hazırlıq prosesi barədə iştirakçıları məlumatlandırıb. Tədbirin sonunda ictimaiyyət nümayəndələri çıxış edərək, bölgə əhalisini kluba dəstək olmağa çağırıb.
Yuxarı
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi