Premyer Liqada yeni mövsümün startına bir ay qaldı. Amma gözünü AFFA-dan alacağı maliyyəyə dikən klubların həsrəti bitmək bilmir. Hazırlığı istənilən səviyyədə təşkil edə bilməyən klublar legioner transferlərinə də yubanır.
“Kəpəz”, “Turan Tovuz” və “Şamaxı”da vəziyyət daha acınacaqlıdır. Bu komandalar imkansızlıq üzündən ölkədə hazırlıq keçir, ən pisi odur ki, hətta yeni mövsüm üçün geyim dəstlərini də sifariş edə bilməyiblər. Onlar hələlik vədlə “dolanır” və buzların əriyəcəyinə, şad xəbər alacaqlarına ümid edirlər.
Düzdü, klublara müəyyən vədlər verilib, Qərb təmsilçiləri AFFA rəhbərliyinin qeyri-rəsmi sözünə inanaraq yerli futbolçuları düşərgəsinə yığıb. Bu komandalar hətta bir neçə legionerlə də razılıq əldə edib. Lakin müqavilələrin heç biri rəsmiləşməyib, əcnəbilərdən isə daha bir müddət səbr etmələri xahiş olunub.
Rəhbərliyi bilinməyən, baş məşqçi məsələsi dəqiqləşməyən “Şamaxı”da da planlar kağız üzərindədir. Bölgə təmsilçisinə 8 legioner gətirməsinə icazə verilib, lakin AFFA bu planları reallaşdırmaq üçün lazım olan maliyyəni təmin edə bilmir.
Ümumiyyətlə, “Şamaxı”yla bağlı məsələnin analoqu yoxdur. Komandanın rəsmi baş məşqçisi Rüstəm Əliyevdir, lakin onunla yollar ayrılmadan yeni heyəti yığmaq, futbolçulara məşq keçmək Cavid Hüseynova tapşırılıb. B kateqoriyasına malik olan, Premyer Liqada işləmək icazəsi olmayan sabiq futbolçu da “gözəgörünməz qüvvə”nin tapşırığı ilə iş başındadır.
AFFA-dan maliyyə gözləyən klublardan “Qəbələ”ylə “Sumqayıt”ın vəziyyəti nisbətən qənaətbəşdir. Öz sponsorundan aldığı kiçik büdcəylə iştirak edəcəyi Konfrans Liqasının hazırlığına başlayan qəbələlilərin hazırkı maliyyəsi yalnız qitə matçlarını yola verməyə yetəcək. Ondan sonra isə çempionatda iştirak üçün AFFA xətti ilə ayrılacaq maliyyəyə möhtac qalınacaq.
“Sumqayıt”ın ilk əcnəbi transferini reallaşdırması və təlim-məşq toplanışına yollanmaq üçün planlar cızmasının səbəbi əldə etdiyi yarım milyon manatdır. Klub stadionuna adını verən “Kapital Bank” məhz bu qədər vəsaiti “kimyaçılar”ın hesabına köçürüb. Bu pul hazırlığa start vermək üçün kifayət etsə də, mövsümə başlamaq və işlərə davam etmək üçün AFFA-dan gələcək maliyyə çox vacibdir.
AFFA hələlik susur, klublara vəd etdiklərini reallaşdıra bilmir. Hər dəfə “gələn həftə” vədi ilə klubları yola verən baş katib Sərxan Hacıyev çıxılmaz vəziyyətdə qalıb. Artıq onun sözünü ciddiyə almayan klublar “yuxarılar”ın futbolun durumu ilə maraqlanıb konkret addım atacağı günü gözləyir.
Mənbə: futbolinfo.az
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”