"Qarabağ"ın futbolçusu Marko Veşoviç Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex"lə (Polşa) səfər oyunu öncəsi Polşa mətbuatına müsahibə verib. Qol.az həmin müsahibəni təqdim edir.
- "Qarabağ" Polşa çempionu ilə düşəndə nə düşündünüz?
- Püşkatmadan sonra Polşaya qayıda bildiyimə görə sevindim. Amma düzünü desəm, “Lex” çətin rəqibdir, ona görə də klubda buna heç də hamı sevinmirdi. Axı, biz daha asan rəqiblə qarşılaşa bilərdik.
- "Lex"də ötən mövsüm başa çatdıqdan sonra baş məşqçi dəyişikliyi oldu. Maçey Skorza istefa verdi və onun yerinə Con van den Brom təyin edildi. Bu dəyişikliyi necə qarşıladınız?
- Bu, bizim üçün naməlum olan dəyişiklikdir. Niderlandlı mütəxəssisin rəhbərliyi altında komandanın necə oynayacağı, hansı üslubu mənimsəyəcəyi, ümumiyyətlə, onları nə gözlədiyi barədə heç bir məlumatımız yoxdur. Rəqibə meydanda reaksiya verməli olacağıq. Çünki hər cür vəziyyətin öhdəsindən gələn yaxşı komandamız var.
- İlk görüş bu rəqabətin taleyi üçün həlledici olacaq?
- Şansları bərabər qiymətləndirirəm, amma Bakıda cavab görüşü var. Bilirik ki, Poznanda diqqətli olmalıyıq. Biz tələsik oynaya bilmərik. Biz öz futbolumuzu oynamaq istəyirik. Bundan başqa, məşqçi Qurban Qurbanov bizə nizam-intizamın və komanda oyununun vacib olduğunu deyir. Bizim heyətimizdə ulduz futbolçular yoxdur, baş məşqçi heç kimin problem yaratmasını istəmir. "Lex"in yeni baş məşqçisi var, ona görə də onlarda motivasiya olacaq. Çünki hər bir oyunçu meydana çıxmaq istəyəcək. Amma bizim motivasiyamız da yaxşıdır. Hər il avrokubokların qrup mərhələsində oynayırıq. Biz bu mövsüm də buna nail olmaq istəyirik. Biz avrokuboklara hazırıq və ümid edirəm ki, bunu “Lex”lə oyunlarda göstərəcəyik.
- Ümumiyyətlə, "Lex"i necə qiymətləndirirsiniz?
- "Lex"in liqa matçlarını, "Rakov" və "Poqon"la çempionluq yarışını izlədim. Sabiq baş məşqçi Skorza güclü komanda yaratdı və onu yaxşı təşkil etdi. Orada yaxşı balans var. Komandada hər kəs hücum edir, eyni zamanda müdafiə olunur. Mikael İshak hücumda təhlükəlidir, effektiv hücumçudur. Onun nəyə qadir olduğunu bilirəm. Üstəlik, həm fərqlənən, həm də məhsuldar ötürmələr edən Juan Amaral da var. Bu ikili fərq yaradır. Amma Adriel Ba Loua kimi başqa futbolçuları da var.
- Polşa "Legiya"sında çıxış edərkən Liqada ilk qolunuzu “Lex”ə vurdunuz. İndi bunu avrokuboklarda təkrarlayacaqsınız?
- Gözəl olardı, etiraz etmirəm. Həmin vaxt Polşa çempionatında ilk oyunum idi və biz 2:1 hesabı ilə qalib gəlmişdik.
- “Qarabağ” illərdir, müntəzəm olaraq avrokubokların qrup mərhələsində çıxış edir. Bu dəfə bunu bacarmasanız, klub üçün fəlakət olar?
- Klubda belə bir ssenarinin baş verməsinə necə reaksiya verəcəklərini bilmirəm. Klub hər il bu kuboklarda oynadığı üçün əlbəttə ki, kədərlənərdilər. Mən optimistəm, çünki dediyim kimi, bizim Avropada mübarizə aparmağa hazır olan yaxşı komandamız var. “Qarabağ”ın məqsədi hər il avrokubokların qrup mərhələsinə vəsiqə qazanmaqdır.
- Ötən mövsüm Konfrans Liqasına başlamanızı necə xatırlayırsınız?
- Qrupda ikinci yerdə idik, pley-off mərhələsinə çıxdıq. Ancaq burada "Marsel" bizi mübarizədən kənarlaşdırdı. Lakin mən matçda qol şanslarımız olduğu üçün nəticə oyunumuzu əks etdirmədi. Bütün Azərbaycan "Qarabağ"ı alqışlayır. Buna təəccübləndim, çünki nə Polşada, nə də Serbiyada belə bir vəziyyətlə rastlaşmamışdım. Bu mənim üçün yeni bir durum idi.
- Azərbaycanda ilk mövsüm sizi qane edirmi?
- Bəli, ölkə çempionatının və ölkə kubokunun qalibi olduq. İndi yenidən Avropada özümüzü göstərmək istəyirik. Xoşbəxtəm, çünki zədədən əsər-əlamət yoxdur və səhhətim yaxşıdır. Klubda, millidə müntəzəm oynamışam. Mənim üçün ən vacibi bu idi. Bakıda yaşayıram, ora gözəldir, şikayət etməyə haqqım yoxdur. Hər şey yüksək səviyyədədir.
Messi Peleyə çatdı
Messi dubl etdi
“Fənərbaxça” xal itirdi
"Məcbur deyilik ki, hər il çempion olaq" - Qurban Qurbanov
Klubun heç bir futbolçusu 3 qol vurmayıb
"Qarabağ"ın təcrübəsi öz sözünü dedi" - Valdas Dambrauskas
Salahın qolsuzluq seriyası davam edir
“Ona dedim ki, üzr istəmək lazımdır” - Qurban Qurbanov
“Qarabağ”dan əla geridönüş - Video
Baş məşqçi qırmızı vərəqə aldı, apelyasiyaya şikayət etdi
“Tofiq Bəhramov”dakı gərginliyin səbəbi müəyyənləşdi
"Qarabağ" - "Sabah" oyununda qalmaqal - Video
“Qarabağ” - “Sabah”: Möhtəşəm oyun, 6 qol
Finalissima matçı da baş tutmayacaq?
“Turan Tovuz” - “İmişli” matçından - Video
Millimizin üzvü oynadı, komandası qalib gəldi
"Rəqib qapımıza zərbə vura bilmədi” - Kurban Berdiyev
Levandovski sıradan çıxdı
Oruc tutan Yamal 3 qol vurdu - “Barselona” tarixinə düşdü
"Quba"nın futbolçusu mükafatlandırıldı
Osimhen kapitanlıq sarğısını niyə qəbul etməyib?
"Qarabağ" - "Sabah" - Heyətlər
Bu ölkə futbol yarışlarını dayandırdı
2-ci liqada 16-cı tura start verildi
Bəhluldan yeni xəbər