Futbol mütəxəssisi Yunis Hüseynov “Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində sabah “Lex”lə (Poznan, Polşa) keçirəcəyi səfər matçı barədə danışıb.
57 yaşlı məşqçi Qol.az saytına açıqlamasında “Xəzər Lənkəran”da çalışdığı dövrdə “Lex”lə qarşılaşdıqlarını (2012-ci ildə) xatırladıb və Ağdam təmsilçisinin bu komandanı keçə biləcəyini deyib:
“Əvvəlcə “Qarabağ”a uğurlar arzulayıram. Düşünürəm ki, “Qarabağ” “Lex” səddini keçəcək. Bundan əvvəl bizim bir neçə klubumuz “Lex”lə oynayıb. Mən “Xəzər Lənkəran”da işləyəndə də bu komanda ilə qarşılaşmışdıq. “Qarabağ” artıq əvvəlki komanda deyil, böyük təcrübə yığıb. Ümumiyyətlə, 3 dəfə Polşa klubları ilə üz-üzə gəliblər. “Qarabağ” hamısını üstələyib, yaxşı oyun nümayiş etdirib. Mənə elə gəlir ki, sabah da “Qarabağ” Bakıya sərfəli nəticə ilə qayıdacaq və 2 oyunun cəmində mərhələni keçəcək. “Qarabağ”ın öz oyun stili, taktikası var. Komandanın oyun tərzi heç vaxt dəyişmir. “Qarabağ” heç vaxt sırf hansısa rəqibin oyun üslubuna uyğun taktika seçmir. Mənə elə gəlir ki, sabahkı matçda da öz sistemlərində çıxış edəcəklər. Elə bir xüsusi dəyişiklik olmayacaq. Məncə, “Lex” düşünməlidir ki, “Qarabağ”a qarşı necə oynamaq olar. “Qarabağ”ın öz taktikası var, ona uyğun da oynayacaq. Belə etməklə rəqibləri həmişə üstələyiblər”.
Qeyd edək ki, sabah Polşadakı “Poznan” stadionunda keçiriləcək “Lex” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İyulun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq cavab qarşılaşması isə saat 20:00-da start götürəcək.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”