"Səbail"in yarımmüdafiəçisi Rahid Əmirquliyev klubun rəsmi saytına müsahibə verib. Qol.az xəbər verir ki, kapitan müqavilə müddətinin artırılması ilə bağlı fikirlərini bölüşüb:
– Klubumuzla 1 illik yeni müqavilə imzaladın. İlk öncə bununla bağlı fikrilərini öyrənmək istəyirik.
– Hər zaman müsahibələrimdə də qeyd etdiyim kimi “Səbail” mənim üçün çox doğmadır. Artıq bir neçə ildir ki, burada çıxış edirəm. Növbəti 1 il də bu komandanın uğurları üçün çalışmaq mənim üçün xoşdur. Komandaya fayda vermək üçün əlimdən gələnin ən yaxşısını edəcəm. Ötən mövsüm çıxışımız uğurlu alınmadı. Amma indi kapitan olaraq komandanın da adından demək istəyirəm ki, yaxşı nəticə əldə etmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Müqavilə müddətini artırdığıma görə şadam.
– Azərbaycan Premyer Liqası tarixində ən çox oyun keçirən futbolçusan. Bu rəqəm növbəti mövsümdə daha da artacaq. Azərbaycan futbolunda qazanmadığın titul yoxdur. Hazırda futbol oynamağa səni nə motivasiya edir?
– Futbolda kubok və qələbələr qazanmaq vacibdir. Ancaq bundan da vacibi futbolu sevərək oynamaqdır. Futbolu sevdiyimə görə oynayıram. Bu sevgi uşaqlığımdan bəri davam edir. Futbolsuz qalmaq mənim üçün çətindir.
– 2018/19 mövsümündə Azərbaycan Premyer Liqasının bürünc mükafatını qazandığın Emin Martinov yenidən “dənizçilər”in formasını geyinəcək. Həmin mövsüm birlikdə çıxışınız çox bəyənilirdi. Onun “Səbail”ə qayıtması ilə bağlı nə deyə bilərsən?
– Onunla 1 il birlikdə çıxış etdik və həmin mövsümün bürünc mükafatçısı olduq. Hər şeydən əvvəl Emil çox gözəl xarakterə malik insandır. Futbolçu kimi də güclü keyfiyyətlərə sahibidir. Onun qayıtması məni sevindirdi. İnanıram ki, həmin mövsüm komandamızın medal qazanmağına necə kömək olubsa, növbəti mövsümdə də bundan daha da yaxşı olacaq.
– Komandamız tamamilə yenidən qurulur deyə bilərik. “Dənizçilər”in sırasına günü-gündən yeni futbolçular qoşulur. Kapitan kimi yeni oyunçularımıza nə məsləhət görürsən?
– Komandamıza çox futbolçu qoşulub. Bu komandamızın güclənməsi baxımından sevindirici haldır. Düzdür, hələ yeni oyunçularla söhbət etmək imkanım olmayıb. Lakin əminəm ki, onlar bura nə üçün gətirildiklərini bilirlər. Məşqlərimizdə necə peşəkarlıqla çalışdıqlarını görürəm. Buna görə də düşünürəm ki, onlara nəsə demək artıqdır.
– Kapitan olaraq “Səbail” azarkeşləri haqqında fikirlərini bilmək istərdik. Komanda üzvlərinin növbəti mövsümdə tərəfdarlarımızdan gözləntisi nədir?
– Azarkeşlərimiz nəticədən asılı olmayaraq hər zaman bizi dəstəkləyiblər. Bunu həmişə hiss etmişik. Bu dəstəyin növbəti mövsümdə daha da artacağına inanıram. Biz də onları sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”