Millimizin hücumçusu İran klubuna keçdi

Millimizin hücumçusu İran klubuna keçdi
ÖLKƏ FUTBOLU 26 İyun 2022 / 19:50 6766
-  A +

"Sumqayıt"la müqaviləsi başa çatan Əli Qurbaninin yeni klubu müəyyənləşib.

Qol.az xəbər verir ki, 32 yaşlı hücumçu karyerasını İranda davam etdirəcək. Milli komandamızın üzvü "Fulad" klubuna keçib. Məlumatı Xuzestan təmsilçisinin mətbuat xidməti yayıb.

Futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Əli Qurbani 2020-ci ilin yayından "Sumqayıt"da çıxış edirdi. O, başa çatan mövsümdə "kimyaçılar"ın heyətində  27 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha çox


Son xəbərlər
topaz banner