“Neftçi”də baş məşqçi vəzifəsinə təyinatın gecikməsi məsələsi klubun azarkeşlərini haqlı olaraq narahat etməkdədir. Axı, düz bir ay sonra komanda UEFA Konfrans Liqasında yarışa başlayır. Amma komandanın nə baş məşqçisi, nə də yeni transferləri var.
Bununla belə, baş məşqçi məsələsinin həlli an məsələsidir. Bu problem yaxın 1-2 günə də həllini tapa bilər.
Qol.az-ın əldə etdiyi xəbərə görə, klubun sahibləri üçün ukraynalı mütəxəssis Yuri Vernidub bir nömrəli namizəddir. Vernidubla danışıqlar da olub. O, komandanı çalışdırmağa da razılaşıb. Lakin hazırda onunla bağlı əsas problem Ukrayna ordusunda xidmət etməsidir. Məlum olduğu kimi, Rusiya Ukraynaya müharibə elan etdikdən sonra Vernidub Moldova “Şerif”indəki işindən ayrılaraq vətəninə qayıdaraq ordu sıralarında xidmətə başlayıb. Sonradan isə “Şerif”lə yolları rəsmən ayırıb. Hazırda müharibə davam etdiyindən onun Silahlı Qüvvələrdən tərxisi məsələsi həllini tapmayıb. Bu səbəbdən Vernidub həm,”Neftçi”yə, eləcə də onunla maraqlanan digər komanda “Krivbass”a (Ukrayna) dəqiq cavab verə bilmir. O, bu yaxınlarda Ukrayna mediasına müsahibəsində də etiraf edib ki, hazırda məşqçi kimi çalışmasını əngəlləyən yeganə səbəb ordu sıralarında olmasıdır.
“Neftçi”nin baş məşqçi vəzifəsinə digər namizəd olan belaruslu Viktor Qonçarenko isə yüksək maddi tələblər irəli sürdüyündən onunla danışıqlar bir müddət əvvəl dayandırılıb. Ona görə də indi Vernidubla yanaşı digər namizəd Təbriz “Traktor”undan ayrılan Ertoğrul Sağlamdır. Türk mütəxəssis B variantı olaraq düşünülür. Əgər Vernidubun “Neftçi”yə transferi baş tutmasa, o zaman komandaya E.Sağlam gətirilə bilər. Onunla da danışıqlar aparılıb və razılıq əldə edilib.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”