“Bizim elə süni meydançalarımız var ki, orda oynayan uşaqların dizi, topuğu, oynaqları 3 ildən sonra sıradan çıxır. Belə yerdə keyfiyyət ola, dediyin bombardirlik keyfiyyətləri inkişaf edə bilməz”.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. O, Azərbaycan futbolunun problemləri haqda danışarkən deyib:
“Görürsən ki, hər futbolçu karyerası ərzində bir dəfə, iki dəfə bombardir oldu, yaxud çempion oldu, uğur qazandı. Olur, amma bunun sabit olması üçün bu yetərli deyil. Hələ görəcək nə qədər işimiz var. Biz – “Qarabağ” da daxil olmaqla. Klub olaraq biz nəsə edirik, hansısa problem aradan qaldırırıq. Lakin bu yetərli deyil. Futbola çox ciddi formada diqqət ayrılmalıdır. Çox ciddi. Çünki biz Avropadan həddindən artıq çox geri qalırıq. Həddindən artıq. Bir misal da çəkim. Bir ara - inflyasiya vaxtında Macarıstan, Çexiya, Slovakiya kimi orta yaşayış səviyyəli Avropa ölkələrinə yaxınlaşmağa başlamışdıq. Oradan rahatlıqla futbolçu gətirə bilirdik. Amma yenidən hər şeyləri düzəldi və bu xətt bağlandı. Təsəvvür et ki, indi biz bu ölkələrdən futbolçu gətirə bilmirik. Onların maliyyə imkanları da yaxşılaşdı, daha yaxşı yaşamağa başladılar, daha yaxşı şərait yaratmağa başladılar və bizim üçün bitdi. Futbolçu ala bilmirik ordan. Bir-iki istisna olur, o da nəsə olsa… Əvvəllər biz hətta Portuqaliyadan, Niderlanddan, bu ölkələrin elitalarından futbolçu gətirirdik. Yoxdur, indi yoxdur, əldə edə bilmirik. Ümumiyyətlə Avropada futbola maraq yüksəlməyə başlayıb. Fikir verin, neçə dənə əlavə turnir yaradıblar. Futbol bu gün ən güclü biznes sahələrindən biridir. Qitə, dünya turnirləri, müxtəlif liqalar… Həmin elə Konfrans Liqası. Həm insanların buna marağı var, bunu istəyirlər, həm də bizim kimi ölkələrə görə ola bilər ki, daha bəzi şeylər sərf eləsin. Amma hər bir halda bunlara hazır olmağımız üçün “biz ölkə çempionu olduq, gedib onlarla, o ölkələrlə başabaş olacağıq” kimi fikirlərə aldanmalı deyilik”.
Mənbə: rekord.az
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”