La Liqaya yüksələn sonuncu klub

La Liqaya yüksələn sonuncu klub
DÜNYA FUTBOLU 20 İyun 2022 / 01:52 5954
-  A +

2022/2023 mövsümündə La Liqada iştirak edəcək sonuncu klub da müəyyənləşib.

Qol.az xəbər verir ki, bu "Jirona"dır. Komanda Sequndada pley-offun finalında "Tenerife"yə qalib (0:0, 3:1) gələrək elitaya yüksəlib.

"Jirona" 2018/2019 mövsümünün sonunda 18-ci yeri tutaraq La Liqanı tərk etmişdi.

Qeyd edək ki, bundan əvvəl " Almeriya" və "Valyadolid" yüksək liqada oynamaq hüququ qazanmışdı.


Son xəbərlər
19.07.25  18:25

"Real"da qalır