"Turan Tovuz" Premyer Liqanın hazırlığına Bakıda başlayır

"Turan Tovuz" Premyer Liqanın hazırlığına Bakıda başlayır
ÖLKƏ FUTBOLU 19 İyun 2022 / 14:12 2445
-  A +

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Turan Tovuz" çempionatın hazırlıqlarına start verir.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda Tovuz şəhər stadionunda ot örtüyü yeniləndiyindən komanda təlim-məşq toplanışının ilk iki mərhələsini Bakıda həyata keçirəcək.

Ayxan Abbasovun rəhbərliyi altında bu gündən etibarən "Türk Hava Yolları Futbol Mərkəzi”ndə 5 günlük seleksiya xarakterli ilk mərhələ start götürəcək. Daha sonra, komanda koplektləşmiş heyətlə ayın 27-də  yenidən bir araya gələcək. 

Daha çox


Son xəbərlər
topaz banner