Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Böyük Dəbilqə turniri start götürəcək.
Qol.az xəbər verir ki, Azərbaycanın altı cüdoçusu mübarizəyə başlayacaq. Turan Bayramov (60 kq) 1/8 final mərhələsində Allan Kuvabara (Braziliya) - Xanbolot İrisbekov (Qırğızıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Rövşən Əliyev (60 kq) bu raundda Daniel Lautgeb (Avstriya) - İrakli Kupatadze (Gürcüstan) duelinin güclüsü ilə qarşılaşacaq.
İsmayıl İbrahimov (66 kq) 1/16 finalda Yevgeni Qonçarkonun (Ukrayna), İbrahim Əliyev (66 kq) Sərdar Rahimovun (Türkmənistan) müqavimətini qırmağa çalışacaq.
Qadınların yarışında Şəfəq Həmidova (48 kq) 1/8 finalda Nataşa Ferreyra ilə (Braziliya), Aişə Qurbanlı (48 kq) isə Amber Qersjeslə (Niderland) görüşəcək.
Qeyd edək ki, Böyük Dəbilqə iyunun 5-də başa çatacaq. Azərbaycan yarışda 10 cüdoçu ilə təmsil olunur.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü