Mini-futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatına hazırlaşır.
Qol.az xəbər verir ki, milli komanda turnirin keçiriləcəyi Slovakiyaya iyunun 2-də yola düşəcək. Oyunlar iyunun 4-də başlayacaq.
24 komanda 6 qrupda yarışacaq. Azərbaycan millisi Rumıniya, İspaniya və Albaniya ilə eyni qrupda mübarizə aparacaq.
Yığmamızın baş məşqçisi Elşad Quliyev səfər öncəsi jurnalistlərə açıqlama verib. O, güclü qrupa düşsələr də, hədəflərinin böyük olduğunu bildirib:
"Komanda yaxşı vəziyyətdədir. Oyunlara yaxşı hazırlaşırıq. Matçları gözləyirik. Əsas məqsəd qrupdan çıxmaqdır. Biz də güclüyük, döyüçəcəyik, iddiamız böyükdür. Komandamızın potensialı yüksəkdir. Avropada ilk beşliyə düşə biləcək səviyyədə komandamız var. Çox güclü qrupa düşmüşük. Qrupdan yaxşı nəticələrlə çıxa bilsək, finala qədər irəliləmək şansımız yüksəkdir. Birinci, ikinci yerlə çıxsaq, güclülərlə ancaq yarımfinalda qarşılaşa bilərik.
Sınaq matçımız iyunun 2-də Sloveniyaya qarşı olacaq. Bir oyun keçirəcəyik. Daha sonra oyunlara hazırlaşacağıq. Başqa rəqiblərimiz yox idi. Pandemiyaya görə heç yerə gedə bilmədik. Bir yoxlama görüşü az olsa da, yetərincə sayırıq. İstəyirik ki, yüksək səviyyədə oynaya bildiyimizi göstərək.
Orxan Əliyevi çağırmaq istəyirdik. Son 6 ayda peşəkar futbol oynadığına görə onu götürə bilmədik. Kimi istəyirdiksə, buradadır. Deməzdim ki, komandaya ancaq yaşlı futbolçular götürmək istəyirik. Sintez yaradaraq sürəti artırmaq istəyirik".
Yığmamızın üzvü Bəxtiyar Soltanov isə qrupda ən çətin rəqibin Rumıniya millisi olduğunu deyib: "Komanda iki aydan çoxdur ki, Avropa çempionatına hazırlaşır. Gündəlik məşqlər edirik. Komanda turnirə hazırdır. İkinci dəfədir ki, Avropa çempionatında iştirak edəcəyik. Bacardığımız qədər öncə qrupdan çıxmağa çalışacağıq. Daha sonra növbəti mərhələləri fikirləşəcəyik.
Bizim üçün qrupda daha çətin komanda Rumıniyadır. Səhv etmirəmsə 7 qat Avropa çempionlarıdır. İspaniyanı yox, öncə Rumıniyanı fikirləşirik. Qrup çətindir, çıxmağa çalışacağıq. Rəhbərlik bildirib ki, qrupdan çıxmaq lazımdır. Əsad məqsəd budur. Öncəki ildə qrupda qalmışdıq.
Rəqibləri də görməmişəm. Ancaq internet vasitəsilə baxmışam. İnaniramki yüksək yerlərə oynaya bilərik. Mənim üçün böyük futbol oynamaq daha rahatdır. Buranı tutmaq çətindir. Balaca futboldur, temp çoxdur, tez-tez dəyişiklər olur deyə adama çətin gəlir. Çalışırıq ki, öyrəşək bu futbola da. Burada da hücumda oynayıram. Potensialı görürəm".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə