PFL-in prezidenti Ramin Musayev Azərbaycan kubokunun "Qarabağ" - "Zirə" final oyunundan (1:1, penaltilər seriyası - 4:3) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyunla bağlı təəssüratlarınız necədir?
- Açığı, mən belə gərgin oyun gözləmirdim. Fikirləşirdim ki, 90 dəqiqə qalibi müəyyənləşdirmək üçün bəs edəcək. Matçın əlavə vaxta getməsi göstərdi ki, futbolun dostluğa heç bir aidiyyatı yoxdur. Qurban Qurbanovla Rəşad Sadıqov yaxın dost olsalar da, futbol ayrıdır. Hər iki kollektiv gözəl oyun nümayiş etdirdi. Komandaları təbrik edirəm. Vacib işləri burada gördülər. Ən əsası isə avrokuboklardadır. Birincisi, püşkatmada bəxtimiz gətirsin. Bundan sonra Allah da bizi sevindirər.
- Avrokuboklara 4-cü vəsiqəni "Qəbələ" qazandı. Siz buna daha çox sevindiniz, yoxsa "Sabah"ın beynəlxalq arenaya çıxmağını istərdiniz?
- "Qəbələ" ilə yanaşı, "Sabah" da avrokuboklara vəsiqə qazansaydı, yaxşı olardı. Çünki hər iki komanda mövsüm ərzində maraqlı oyun sərgilədi. Amma "Qəbələ"nin uğuruna daha çox sevindim. Çünki vaxtilə bu komandanın büdcəsi çox idi. Sonradan tədricən azaldı. Bəziləri düşünürdü ki, "Qəbələ" də digər klublar kimi tairxdən silinir. Başda Fariz Nəcəfov olmaqla, kluba dəstək olanlar sağ olsunlar. Kubokun finalının buraya salınması təsadüfi deyildi. Bunun özü həm yuxarılara, həm də aşağılara səs idi ki, belə bir məkanı boş qoymaq olmaz. Sevindirici haldır ki, hamı bunu gördü. Doğrudan da Qəbələdə olan infrastruktur Avropanın çox ölkəsində yoxdur. Bugünkü oyunda xeyli sayda xarici vətəndaş var idi. Əsas olan odur ki, "Qəbələ" kiçik büdcə ilə avrokuboklarda iştirak hüququ qazandı.
- "Kəpəz"lə "Turan Tovuz" yeni mövsümdən Premyer Liqada çıxış edəcəklər. Onların büdcəsi barədə nə deyə bilərsiniz?
- Məndə olan məlumata görə, dövlət Premyer Liqada çıxış edən 10 klubun hər birinə eyni məbləğdə vəsait ayıracaq. Bacarığı olan komanda sponsorlar cəlb edib, əlavə gəlir əldə edəcək. Bu, onların öz işləridir. Məbləği bilirəm. Amma açıqlaya bilmərəm.
- PFL-in büdcəsi nə qədər olacaq?
- Sponsorumuz yoxdur, Allahdan asılıyıq. Bizim də sponsorumuz AFFA-dır.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə