“Məndə hazırlıq planı hazırdır. Yəqin ki, iyunun sonlarında başlayarıq. Hazırda Tovuz şəhər stadionunun ot örtüyü dəyişdirilir. Ona görə də dəqiq tarix deyə bilmirəm. Tovuza gedəndən sonra bütün məsələləri rəhbərliklə danışacağam”.
Bu sözləri Qol.az-a açıqlamasında “Turan Tovuz”un yeni baş məşqçisi Ayxan Abbasov deyib.
O, adı “Turan Tovuz”la çəkilən bir neçə futbolçu ilə danışıqlar getdiyini, ancaq hələlik keçidin dəqiqləşmədiyini bildirib:
“Elvin Məmmədov, Kamal Bayramov, Amil Yunanov, bu futbolçular tovuzludurlar. Onlarla danışıq olub. Ancaq hələlik rəsmi bir şey yoxdur. Klubun büdcəsi dəqiqləşəndən sonra hər şey aydın olacaq. Bu da yəqin ki, iyunun 1-i, ya da 2-nə çəkər.
Bir neçə futbolçu ilə maraqlandıqlarını deyən Abbasov “Neftçi”nin 21 yaşlı yarımmüdafiəçisi Turan Vəlizadəni icarəyə götürəcəklərini qeyd edib: “Tək “Neftçi” yox, bir neçə kluba müraciət etmişik ki, gənc futbolçulardan icarəyə götürək. “Sabah”a, “Qarabağ”a, “Neftçi”yə müraciət etmişik. O klublar məşqçilərlə danışacaq ki, hansı futbolçuları vermək olar. Biz də bu barədə fikirləşəcəyik. Amma Turanı özümüz istədik, “Neftçi” də razılıq verdi”.
Ayxan Abbasov “Turan Tovuz”un Premyer Liqada iddiası nə olacaq” sualını isə belə cavablandırıb: “Rəhbərlik də istəyir ki, döyüşkən, güclü komanda formalaşdıraq. Bu da çətindir. Həm təcrübəli oyunçular istəyirik, həm də gənc futbolçulara şans vermək fikrimiz var. Legioner də istəyirik. Bunların da hamısı büdcədən asılıdır. Döyüşkən komanda yaratmaq, rəqiblərlə layiqli mübarizə aparmaq istəyiriksə, bizə oyunçu lazımdır. Bu gün sırf gənclərlə də olmaz. Təcrübəlilər də lazımdır, legioner oyunçular da. Gənc futbolçuların inkişafı üçün də bunlara ehtiyac var. Yalnız gənclərlə oynasaq, özümüzü aldatmış olarıq. Fikirlərimiz rəhbərliyə demişəm. Onlar da bəyəniblər. Akademiyamızda futbolçular var, hansı ki, əsas komandaya cəlb etmək istəyirik. Belə planlarımız var”.
Ramiq Ağaməmmədov
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə