Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Bugünkü mövzumuz Azərbaycanda uşaq futbolunun durumu və inkişafıdır. Mövzu ilə əlaqədar “Vətən” Futbol Məktəbinin U-11 komandasının baş məşqçisi Nasir Nəsirli ilə söhbətləşdik. O, “Vətən”in heyətindəki futbolçuların yetişdirilməsindən, iştirak etdikləri turnirlərdən, qazandıqları uğurlardan söz açıb.
- Komandanızın heyətində hazırda nə qədər futbolçu var?
- “Vətən”in U-11 kollektivində 17 futbolçu var.
- Bəs, məşq proseslərinizi harada keçirirsiniz?
- Hazırlıq proseslərimiz “Neftçi” İdman və Sağlamlıq Mərkəzində olur. Bütün məşqlərimizi orada keçiririk.
- Nasir bəy, komandanız hal-hazırda hansı çempionatda mübarizə aparır?
- Biz indi AFFA-nın təşkil etdiyi U-11 liqasında çıxış edirik. Artıq 1/4 final mərhələsinədək irəliləmişik. 1/4 finalın ilk oyununda “Araz Naxçıvan”ı 10:0 hesabı ilə udduq.
- Bilirik ki, bu yaxınlarda Gürcüstanda 11 yaşlı futbolçulardan ibarət komandalar arasında “Shota Cup” turnirində iştirak etdiniz və yarışın qalibi oldunuz. Bu haqda danışmağınızı istərdik.
- Biz bu yarışda ümumiyyətlə, qol buraxmadanqalib olduq. Azərbaycandakı çempionatda 6+1 düzülüşü ilə oynayırdıq. Amma “Shota Cup”da 8+1 düzülüşü ilə oynadıq. Qrup mərhələsində ilk matçımızı “Saburtalo” ilə keçirdik və qolsuz heç-heçə etdik. İkinci görüşdə Batumi “Dinamo”suna 4:0 hesabı ilə qalib gəldik. 1/4 finalda Gürcüstanın “Meraoni” komandasını 2:0 hesabı ilə üstələdik və yarımfinala yüksəldik. Bu mərhələdə də “Celaro”ya 1:0 hesabı ilə qalib gəldik. Finalda isə Tibilisi “Dinamo”sunu 1:0 hesabı ilə məğlub etdik.
- Ümumiyyətlə, Azərbaycanda uşaq futbolunun durumunu necə qiymətləndirirsiniz?
- Azərbaycanda 14 yaşadək bütün komandalarda vəziyyət yaxşı olur. Problem U-14-dən sonrakı komandalardan başlayır. Koronavirus pandemiyası səbəbindən 1 il yarım – 2 il çempionat keçirilmədi. Uşaqlar futboldan kənarda qalmışdı. Amma indi toparlanıblar. Yavaş-yavaş inkişaf edirlər. Bizim perspektivli uşaqlarımız var.
- Niyə bu futbolçular həmin yaş həddinə çatanda problemlər başlayır? Nə baş verir?
- Keçid dövrlərində düzgün olmayan hallar yaşanır. Biz uşağı həftədə 3 dəfə görürük. Amma valideyn hər gün görür. Problem uşaqların özündən çox valideynlərindədir. Onlar elə bilirlər ki, uşağı ora-bura aparmaqla daha çox inkişaf əldə edəcəklər. Amma yaşa uyğun olaraq həftədə 3 dəfə məşq keçmək kifayət edir. Keçid dövlərində uşaqlara valideyn nəzarəti olmalıdır. Sıxma-boğma etmək yox, qidalarına, yuxu rejiminə nəzər yetirmək lazımdır. Bəzən deyirdilər ki, futbolçu ol, savadın olmasa da olar. Amma belə deyil. Savad da vacibdir. Təhsilə önəm verilməlidir.
- Azərbaycanda uşaq futbolundakı çatışmazlıqlar nələrdir? Niyə çox az futbolçu milli komandaya gedib çatır. Niyə xarici klublar bizim gənclərimizə, yerli oyunçularımıza maraq göstərmirlər?
- Bizdə çıxış problemi var. Perspektivli uşaqlarımız çoxdur. Düşünürəm ki, xaricə getmək problemi olmasa, yaxın müddət ərzində ən az 4-5 futbolçumuz legioner həyatı yaşayacaq. Mən uşaqlarda o potensialı görürəm.
- Bəzən valideynlər uşaqlarını futbola yönləndirməkdə tərəddüd edirlər. Necə etmək olar ki, valideynlərdə futbola maraq artsın?
- “Vətən” Futbol Məktəbi heç bir valideyndən, uşaqdan ödəniş almır. Məhəllələri gəzirik ki, yaxşı, perspektivli uşaq tapaq. Bizim işimiz budur. Uşaqları xarici ölkələrə, turnirlərə aparamqla valideynlərdə maraq yaratmaq istəyirik. Futbolçularımızı Türkiyəyə və başqa yerlərə yarışlara aparırıq. Ona görə də yavaş-yavaş maraq yaranır. Artıq uşaqlar gəlir. Əvvəlki illərə nisbətən maraq çoxalıb. Yəni, valideynlər artıq uşaqlarını futbola yönləndirirlər.
- Uğurlu futbolçu yetişdirməyin sirrləri nələrdir?
- Bir futbolçunun gələcəkdə böyük uğur qazanacağına heç kim təminat verə bilməz. Yəni, indi baxıb deyək ki, bu uşaq perspektivlidir, mütləq uğur əldə edəcək, bu, mümkün deyil. Amma uşağa düzgün yanaşaraq yaxşı yetişdirmək olar. Məsələn, onların qidalanmasına, yuxu rejiminə diqqət yetirmək, sırf nəzarət altında saxlamaq lazımdır. Belə olsa, uşaqların inkişafına heç kim mane ola bilməz. Bəzən valideynlər məşqçinin işinə qarışır. Bu, Azərbaycanda böyük problemdir. Çünki uşaqlara da psixoloji cəhətdən mənfi təsir göstərirlər. Müəllim burda bir söz deyir, valideyn evdə başqa söz deyir. Bu da uşağın inkişafını dayandırır. Valideynin təsir gücü məşqçidən çoxdur axı. Əsas problem valideynlərdədir.
- Sizin baş məşqçilik etdiyiniz U-11 komandasının futbolçuları hansı şəraitdə yetişdirilirlər? Klub onları nə ilə təmin edir?
- Bizim hər həftə 3 dəfə məşq prosesimiz və 1 oyunumuz olur. Məktəb uşaqları bütün geyimlərlə təmin edir. Butsdan tutmuş, gödəkçə, çantaya qədər verilir. Bizim bazamız da var. Bu bazada 2 uşaq qalır. Onlar bölgələrimizdə yaşayırlar. Həmin uşaqlar məktəblə də təmin olunublar. Bütün ehtiyacları ödənilib. Həm də uşaqlar üçün nəqliyyat da təmin edilir.
- Sizin komandanızla bağlı planlarınız necədir?
- Mənim bir arzum var, o da ki, uşaqları düzgün şəkildə yetişdirməkdir. İstəyirəm ki, futbolçularımız yüksək liqada oynasınlar, Azərbaycanı layiqincə təmsil etsinlər, futbol bir yana, onlar vətənə layiqli insanlar olsunlar. Həm də arzumuz odur ki, xaricdə adlı-sanlı komandalar da oynasınlar, biz də onlara baxıb fəxr edək.
- Bayaq da qeyd etdiniz ki, komandada perspektivli uşaqlar var. Onlardan bir neçəsinin adlarını çəkə bilərsinizmi?
- Uşaqlar da, valideynlər də mətbuatı oxuyurlar. Ona görə də ad qeyd etmək istəməzdim. Çünki kiminsə adını çəksəm, bu, digər uşaqlara bir az pis təsir edə bilər. Amma həqiqətən də perspektivli futbolçularımız var. Yaxın bir il ərzində 2-3 uşağı xarici klublara baxış üçün aparacağıq.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
Nistelroy Premyer Liqaya qayıdır?
Kimpembe 638 gündən sonra geri dönür
Ronaldodan dubl, "Əl-Nəsr"dən qələbə
"Vəzifəmizin öhdəsindən gəldik" - Anton Krivotsyuk
"Qalatasaray"ın futbolçusu 1 ay oynamayacaq
Əvəzedicilər liqasında 14-cü tura yekun vuruldu
Əməliyyat olunan kapitan məşqlərə başladı
AFFA rəsmisi mübahisəli epizodları şərh etdi
Kurban Berdıyev "Turan Tovuz-2"in oyununu izlədi - Şəkillər
“Sabah”a yeni baş məşqçi təyin olundu - Rəsmi+Şəkillər
2-ci liqada 7 oyunun hakimləri bilindi
"Qarabağ" - "Lion" oyununa satılan biletlərin sayı açıqlandı
Amorim: "Mançester Yunayted" uzun müddət əziyyət çəkəcək"
"Real"da şok itki
Tanınmış komanda azarkeşlərinin hücumuna məruz qaldı - Video
"Klubdan yeni təklif almamışam, çox məyusam"
"Sabah"ın yeni baş məşqçisi bu əcnəbi olacaq?
Millimizin Rusiya ilə oyunlar üçün heyəti
"Sabah" baş məşqçisini istefaya göndərdi
Simeone gedəcək, yoxsa qalacaq? - Açıqlama
Kuper istefaya göndərildi
MEDİA müsabiqə elan edib
Vaqif Cavadov təəccübləndirir
Coşqun Diniyev liderə qarşı oynadı
Kazemiro "Real"ın təklifini rədd etdi
Premyer Liqada 250-ci oyun
U-18 millimizin heyətində dəyişiklik
Mikelsin yubiley qolu
“Qarabağ” rekordunu təkrarlayıb
Atası Neymarın gələcəyindən danışdı
"İnter"ə məğlubiyyətdən sonra futbolçuları bazaya qapadılar
Arda Güler qol ötürməsi verdi - Ançelotti xoş sözlər dedi
"Barselona"dan Levandovski qərarı
“Lion” Bakıya hansı nəticə ilə gəlir?
“Liverpul”dan qələbə, "Mançester Yunayted"dən xal itkisi
İstanbulda “Göztepe” fırtınası - Video
Millimizin üzvünün komandası uduzdu
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi