"Həm “Napoli”ni, həm də rəqibin baş məşqçisi mister Konteni təbrik edirəm".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda səfərdə "Napoli" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 0:2 hesablı məğlubiyyəti belə şərh edib: "Məğlub olsaq da, komandamın oyunundan razı qaldım. Sona qədər mübarizə apardılar. rəqibdən çəkinmədilər, risk etdilər, cəsarətli oyun göstərdilər. Qarşımızda çox keyfiyyətli bir komanda var idi. Buna baxmayaraq, komandamız sona qədər çox yaxşı oyun göstərdi. Buna görə futbolçularımdan çox razı qaldım. Belə də davam etməliyik. Dünən də dedim ki, biz hər oyundan həzz almalıyıq, daha da böyümək üçün inamlı oyun göstərməliyik".
- Rəqib baş məşqçisi Antonio Konteni çox yaxşı tanıyırsınız. Nələr gözlədiyiniz kimi olmadı?
- Demək olar ki, hər şey düşündüyümüz kimi idi. Sadəcə, 1-ci qoldan öncə oyunçu dəyişikliyi edəndə rəqib 5-li müdafiədən 4-lüyə keçid etdi. 8-10 dəqiqə oyunu itirdik, bir az anlaşılmazlıq oldu. Həmin vaxt da oyunun taleyi həll olundu. "Napoli" yalnız son iki oyunda beşli müdafiəyə keçmişdi. Özü də futbolçularımızın bir az yorulduğu vaxtda bunu etdilər. Ancaq qollar da bəsit qollar deyildi. Hansısa irad bildirəsi epizodlar olmadı.
- Medinanın zədələnərək oyunu tərk etməsini matçın qırılma anı hesab etmək olarmı?
- Belə gərgin keçən oyunlarda düşünülməmiş əvəzetmələr bəzən problem yarada bilər. Amma Mmae oyuna heç də pis qoşulmadı. Bəlkə də, Medinanın təcrübəsi, oyunda olması digər futbolçulara da müsbət təsir göstərə bilərdi. Belə itkimiz olmasa, daha yaxşı olardı. Deməli, bu gün qalibiyyət "Napoli"nin olmalı idi.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı