"Bu, "Napoli", Neapol, bütün neapollular üçün xüsusi bir axşam idi. Maradonanın ruhunu bu gün şərəfləndirmək istəyirdik. Stadionda müsbət enerji var idi. Bu enerjini həm verdik, həm də aldıq”.
QOL.az xəbər verir ki, bu sözləri "Napoli"nin baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda evdə "Qarabağ"a qalib gəldikləri (2:0) oyundan sonra mətbuat konfrnasında deyib.
İtaliyalı mütəxəssis "Qarabağ"ın turnirdəki uğurlu çıxışlarını xatırladaraq çətin rəqiblə qarşılaşdıqlarını bildirib. O, matçda bir neçə dəfə "Qarabağ"ı real qoldan xilas edən qapıçı Mateuş Koxalskini də fərqləndirib: "Son iki görüşdə "Atalanta" və “Qarabağ”a qarşı yaxşı çıxışlarımız oldu. Bu gün çətin rəqiblə qarşılaşdıq. "Qarabağ"ın “Çelsi” ilə 2:2 hesablı heç-heçə etdiklərini, “Benfika” və “Kopenhagen”ə qalib gəldiklərini unutmayaq. Rəqibin qapıçısı möhtəşəm qurtarışlar etdi. Çempionlar Liqasında asan oyunlar yoxdur".
Konte hazırda komandasının çətin durumda olduğunu da əlavə edib: "Çox çətin vəziyyətdəyik. Ehtiyat oyunçular skamyasında yeddi oyunçu var idi. Onların da ikisi qapıçı və iki gənc oyunçu idi. Çətin vaxtdır və mövsümün əvvəlindən belədir".
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı